Şirkətinizdə daha çevik və səmərəli idarəetmə sisteminin qurulmasını istəyirsinizsə, menecerləriniz maliyyənin əsaslarını bilməlidirlər. Bu təlim sadə və anlaşılan formada sizə maliyyənin və uçotun əsaslarını öyrədəcək. Bu, sizin maliyyə və biznes bacarıqlarınızı irəliyə aparmaqla iş yerində daha effektiv və səmərəli qərarların verilməsinə yardım edəcək. 

Təlim, mühasibat uçotunun əsaslarından başlayaraq, maliyyə hesabatlarının oxunmasını və təhlil olunmasını izah edir.  

Təlim zamanı öyrənəcəksiniz:

  • Maliyyəçi və mühasiblə eyni dildə danışmaq
  • Maliyyə hesabatlarını başa düşmək
  • Maliyyə hesabatlarını təhlil etmək
  • Şirkətin maliyyə vəziyyətini və fəaliyyətini   qiymətləndirmək
  • Şirkət/Şöbənin büdcəsini hazırlamaq

Təlim proqramı:

Giriş


Təlimin məqsədi

Maliyyənin Rolu

Maliyyə Hesabatlarının Strukturu

Mənfəət Zərər

Balans Hesabatı

Hesablama Metodu

Maliyyə Hesabatlarının Təhlili

Gəlirlik

Səmərəlilik

Likvidlik

Borclanma

Pul Hərəkətləri Hesabatı

Pul Hərəkətləri Hesabatı

Vergilər

Mənfəət Vergisi

ƏDV

Mənbədən Tutulan Vergilər

Büdcələmə

Büdcələmə

 

Təlimçi Haqqında

Davud Mamedov, ACCA

 FireWorks HRM-in partnyor təlimçisi Davud Mamedov 10 ildən artıq daxili və kənar auditor olaraq Azərbaycan, Rusiya və Türkiyə şirkətlərində çalışmışdır. Deloitte şirkətinin Audit Meneceri olaraq Azərbaycanda və MDB ölkələrində bir sıra aparıcı yerli bankların, sığorta şirkətlərinin və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin kənar auditlərinə rəhbərlik etmişdir. Onların arasında Unibank, Bank Respublika, Bank of Baku, Hyatt Regency Hotel, Azericard, Topaz, Azərbaycan İpoteka Fondu, Synergy Qrup, Muganbank, Avenue Qrup (Rusiya), Halyk Bank (Kazakhstan) və s. şirkətlər vardır.  

Daxili Auditin rəhbəri kimi Allianz (Rusiya) və Eurasia Cinemas (Türkiyə) şirkətlərində 2 il ərzində çalışmışdır. Bu müddət ərzində daxili nəzarət və risk menecment sistemlərinin yoxlamalarını təşkil edib onlara rəhbərlik etmişdir.

2012-2013 illər arasında Maliyyə Nazirliyinin və Dünya Bankının dəstəyi ilə dövlət büdcəsindən maliyyələşən təşkilatların müvafiq mütəxəssislərinin yeni maliyyə hesabatlarının hazırlanması üzrə əsaslı və zəruri biliklərə malik olması, eləcə də onların peşəkarlıq səviyyəsinin artırılması məqsədilə Maliyyə Nazirliyi Korporativ və Büdcə Sektorunda Hesabatlılıq Layihəsi (CAPSAP) çərçivəsində bir sıra təlimlər keçirmişdir. O, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetində və bir sıra təlim mərkəzlərində mütəmadi olaraq təlimlər keçirir.

Davud Mamedov 2014-cü ildə Britaniyanın Peşakar Mühasiblər Assosiyasiyasının (ACCA) tam üzvü olmuşdur.

 

Tarix: 24, 25 May, 2018-ci il

Təlimin vaxtı: 2 yarım gün (09:00 – 13:00)

Təlimin keçirilmə dili: Azərbaycan dili/İngilis teminalogiyası ilə

Qeydiyyat üçün son tarix:  18 May, 2018-ci il.

Zəhmət olmasa, Qeydiyyat formasını doldurub elnara.jafarli@fworks.az email ünvanına göndərin.

Qeydiyyat forması