Müsahibədə necə geyinməli

Müsahibə üçün geyim tərzi

Mükəmməl işi əldə etməkdə müvəffəqiyyətə nail olmağa kömək edəcək əsas amillərdən biri müsahibə zamanı necə geyinməyinizdir. Hətta anbardakı vəzifə ilə bağlı müraciət etmisinizsə, cins və idman maykasında geyiminizin məqbul sayılacağını heç düşünməyin. Əslində şirkət müsahibə günü şirkətdə qeyri-rəsmi geyim günü, yaxud cins, yaxud digər qeyri-rəsmi geyim müvafiq olduğunu deməsə, müsahibəyə cins şalvarda gəlmək heç vaxt məqbul sayılmır. Müsahibələr üçün həm kişi, həm də qadınların biznes qeyri-rəsmi geyimi getdikcə daha adi hal alsa da, geyinərkən vəzifənin tipini nəzərə alın. Həmişə “Uğur üçün Geyin” kitabından götürülmüş eyni adlı sitatı yadda saxlayın. Bu o deməkdir ki, müraciət etdiyiniz vəzifəyə uyğun geyinmək lazımdır.

Müştəri xidməti təmsilçisinin xaki və qeyri-rəsmi topik geyinməsi müvafiq ola bilsə də, menecer vəzifəsinə müraciət etdikdə, qadınlar ən azı yubka və bluzka, kişilər isə kostyum geyinmək istəyə bilər. Qadınlar xüsusilə soyuq havada yubka və bluzka əvəzinə şalvarlı kostyum geyinə bilər. Müsahibə üçün geyinərkən nəzərə alınmalı digər məsələ ondan ibarətdir ki, diqqəti Sizdən yayındırıb geyiminizə yönəldəcək heç nə geyinməməlisiniz.

Müsahibə götürən şəxsin fikrinin Sizdə olmasını istəyirsinizsə, parlaq rəngli geyim geyinməyin. Hətta vəzifə cins və topik geyilməsinə imkan verirsə, neytral rəngləri seçin. Kişi və qadınlar üçün uyğun rənglər qara, mavi, boz, yaxud qəhvəyi enli şalvar və ağ, yaxud pastel rəngli köynək. Qadınlar həmçinin münasib uzunluqlu yubkalar geyinməli, dar, yaxud qabardıcı şalvarlar geyinməməlidir.

Mükəmməl iş əldə etmək istəyirsinizsə, ona müvafiq görünməlisiniz. Sözsüz ki, paltarlarınız təmiz və ütülü olmalıdır. Müsahibə götürən şəxsdə yalnız bir neçə ay vaxt keçirmək üçün nəsə axtardığınız deyil, işlə bağlı fikrinizin ciddi olduğu təəssüratını oyatmaq istəyirsiniz. İlk təəssürat həmişə uzun müddət yaddaşda qalır və müsahibə zamanı müsahibə götürən şəxsi mütəəssir edə bilməsəniz, ikinci imkanınız olmayacaqdır