Məzunların işə qəbulu

Məzunlar üçün seminarlar

FireWorks HRM iki kateqoriya üzrə Məzunlarla intensiv iş aparır: Məzunlar üçün Karyera haqqında seminarlar və Müştərilər üçün Məzunların İşəqəbul Proqramları.

Karyera haqqında seminarlar

Şirkətimiz qeyri-kommersiya əsasında müxtəlif yönümlü Məzunlarla aşağıdakı fənlər üzrə iş aparır:

  • İş axtarışı alətləri – Azərbaycanda hansı müasir iş axtarışı aləti vardır;
  • CV və müşaiyətedici məktubun yazılması – CV-ni düzgün necə hazırlamaq olar? Müşaiyətedici məktubun üstünlükləri nədən ibarətdir? İşə götürənə müşaiyətedici məktub yazarkən nəyə fikir vermək lazımdır;
  • Müsahibəyə hazırlıq üzrə rəhbəlik. Biz Məzunları həm ppsixoloji, həm də peşəkar baxımdan iş müsahibələrinə hazırlamaq üçün əlimizdən gələni edirik. Onlara özlərini necə tədim etməyi, hətta müsahibəyə nəyi geyinməyi başa salırıq;
  • Müsahibəsonrası izləmə – Təşəkkür məktubu mütləqdirmi? O, məzuna hansı əlavə üstünlüklər verir?

Müştəri şirkətlər üçün məzun işəqəbul xidmətləri

FireWorks İRM Müştərilərin xüsusi ehtiyacları üçün Məzun İşəqəbul Kampaniyaları təşkil edir:

  • Universitetlərdə və Məzunlar şəbəkəmizdə Müştəri Şirkətinizin və onun ehtiyaclarının reklamını təşkil edin;
  • Biz potensial Məzunlardan müsahibə götürür, yoxlayır və qiymətləndirirk;
  • İlkin seçimdən keçənlər müsahibələrdən əvvəl və sonra təlimləndirilir;
  • Daha bir faydamız: Rektorlar, prorektorlar və fakültə dekanları ilə birbaşa əlaqə.