Haqqımızda

Haqqımızda

Yerli Insan Resurslarının İdarə edilməsi şirkəti olan FireWorks HRM 2013-cü ildə yaradılmışdır. Şirkət olaraq biz artıq Azərbaycanda İnsan resurslarının idarə olunması sahəsində rəqabət qabiliyyətli nəticələr əldə etmişik. Şirkətimiz İşə qəbul və Menecer Seçimi, Təlimlər, Karyera və Şəxsi Biznesini yeni başlayan şəxslər (xüsusilə qadınlar) üçün Kouçinq və Mentorluq , Konsultasiya və Autsorsinq və Məzunların İşə qəbulu xidmətlərini təklif edir. İstər şirkət olun, istərsə peşəkar, yanaşma eynidir – ən yaxşı həllin tapılmasında Sizə kömək göstərmək. Mövqeyimiz isə motivasiyalı və işə can yandıran işçi heyətidir, çünki hər bir şirkətin əsas aktivi məhz insanlardır. Biznes münasibətlərimiz şəffaflıq və şəxsi yanaşmaya əsaslandığndan bizə 100% etibar edə bilərsiniz.

Şirkətimizi fərqli edən nədir:

  • Bütün sənayeləri təmsil edən peşəkarların verilənlər bazası;
  • Məzunlaırn işəqəbul proqramı;
  • Zəngin təcrübəli və təhsilli konsultant və trenerlər;
  • Sürətli işəqəbul prosesi;
  • Müştərilər üçün ən aşağı haqq;
  • Peşəkarlardan ibarət işçi heyəti;
  • Məxfilik.

PORTALIN FAYDALARI

HR internet resursumuz Azərbaycan və ingilis dillərindədir. Onun işə düzəltmə portalları və HR internet səhifələrindən əsas fərqi ondadır ki, bizim internet səhifə HR peşkarları və iş axtaranlara müvafiq mövzularda biliklərini artırmağa kömək məqsədilə dizayn olunmuşdur. HR peşəkarları “HR prosedurları üçün təlimatlar”, “HR blankları”, “Hüquqi informasiya” və “HR yenilikləri” bölmələrindəki faydalı informasiyadan yararlana bilər. Həmçinin, Azərbaycan və dünyada HR sahəsindəki hazırki meyllər əsasında məlumatlar əldə edə bilərlər. İş axtaranlar “Vakansiyalar” bölməsinə daxil olaraq uyğun imkanlar üçün müraciət edə bilər.

Hazırki HR xəbərlərinin fövqündə dayanmaq üçün, FireWorks HRM qrupu xəbərlərə abunə olmağı təklif edir. HR sahəsindəki ən son məqalələrin korporativ, yaxud şəxsi e-poçta göndərilmə imkanını təmin edir. Digər mühüm alət “HR Forumu”-dur. Burada siz kolleqalarınızla müzakirələrdən yararlana bilərsiniz. Müzakirələr HR Peşəkarlarının “Qabaqcıl təcrübələr”-inə əsaslanır. Çox oxumaq, araşdırmaq, biliyi paylaşmaq və müzakirə etmək peşəkar və korporativ həyat haqqında daima məlumatlı olmaq deməkdir. FireWorks HRM-lə qalın və daima məlumatlı olun!

ABOUT_MISSION

Missiyamız

Bizim missiyamız İnsan Resurslarının İdarəedilməsi sahəsində öz müştərilərimizə keyfiyyətli xidmətlərin təqdim edilməsindən və Sosial məsuliyyət olaraq keyfiyyətli bir cəmiyyətin inkişafına tövhə verməkdən ibarətdir. Biz müştərilərimizi insan resurslarına dəyər verən şirkətlərdə yerləşdirilməsi yolu ilə karyeralarının ən düzgün yolu ilə təmin edirik. FireWorks HRM şirkəti ən qısa müddət ərzində, vakant yerləri olan müştərilərimizi ən münasib mütəxəssislər ilə təmin edir.

Bu missiyanın yerinə yetirilməsi üçün biz aşağıdakılara əsaslanırıq

İşə fərdi və peşəkar yanaşma

Daim inkişaf

Kollektivdə hörmətin saxlanılması və qiymətləndirilməsi

İŞÇİ HEYƏTİMİZ

Laura Həmidova

Direktor

Fəridə Fətəliyeva

Müştərilərlə Əlaqələr və Sənədlər üzrə Menecer

Xanməd Paşazadə

Biznesin İnkişafı üzrə Mütəxəssis

MƏLAHƏT MƏMMƏDOVA

Partnyor Təlimçi

Lalə Əbdürəhmanova

Partnyor Təlimçi

Mayis Əliyev

Partnyor Təlimçi

Laura Həmidova

Direktor

Fəridə Fətəliyeva

Müştərilərlə Əlaqələr və Sənədlər üzrə Menecer

Xanməd Paşazadə

Biznesin İnkişafı üzrə Mütəxəssis

MƏLAHƏT MƏMMƏDOVA

Partnyor Təlimçi

Lalə Əbdürəhmanova

Partnyor Təlimçi

Mayis Əliyev

Partnyor Təlimçi