Əsas müsahibə sualları və cavabları

Müsahibələrdə ən məşhur suallar və cavablar

Gülməli də olsa, bizə həmişə müsahibələrdə eyni suallar verilir, amma əslində bizlərdən neçə nəfər sualları əvvəldən hiss edir və cavablar hazırlayır? Bu sadə, lakin fikri cəmləşdirən sualları əvvəldən gözləməklə həm özünəinam əldə edir, həm də peşəkar və hazırlıqlı olursunuz.

Zəif cəhətləriniz hansılardır?

Bu, gələcək işə götürənə hansı problemlərinizin olduğunu demək vaxtı deyildir, bu, özünüzü satmaq imkanıdır. Potensial olaraq mənfi sualı müsbətə çevirməklə Siz özünüzü inamla pozitiv müdafiə edir, potensial zəifliyi güclü tərəfə çevirirsiniz.

Təşkilatlana bilmək heç də mənim güclü tərəflərimdən biri deyildi, lakin vaxtın idarə olunması sisteminin icrası günümü təşkilatlandırmağa və prioritet tapşırıqları tamamlamağa kömək etdi. Bu yolla mən aşkar etdim ki, hər gün kifayət qədər vaxtım var, nəticədə daha məhsuldar oldum.

Stress və təzyiqin öhdəsindən necə gəlirsiniz?

Bu da səciyyəvi müsahibə sualıdır, iş vaxtı iş yükü və təzyiqi necə idarə etdiyiniz haqqında təsəvvür yaratmaq üçün verilir. Yaxşı cavablara dair nümunələr:

Faktiki olaraq mən təzyiq altında daha yaxşı işləyirəm. Mənə elə gəlir ki, o məni motivasiya edir. Nəyi etmək lazım olması ilə bağlı aydın təsəvvürə malik olmaq və neçə təşkilatlanmaq üçün məsuliyyətləri prioritetləşdirmək potensial təzyiqi minimallaşdırmağa kömək edir.

Mənə özünüzdən danışın

Ən geniş yayılmış bu “dahi” sual çox vaxt müsahibənin əvvəlində ortaya atılır və həmişə də namizədin əsəbləşməsinə səbəb olur. Heç kəs özü haqqında danışarkən rahat olmur, amma bu, özünüzü satmaq üçün qızıl imkandır. Burada onların əslində görmək istədikləri Sizin özünüzü necə ifadə etməyinizdir. Müsahibə götürənlər müsahibə zamanı imkandan istifadə edib Sizin bədən dilinizə, qamətinizə, göz kontaktınızın səviyyəsini öyrənir. Bu zaman onlar həqiqətən də Sizin kimliyinizi hiss edə bilirlər, ona görə də bu ana hazır olun. Bunu tələsik etməyin, əvvəldən hazırlaşın. Onlara fəsil və şer, yaxud həyat hekayəniz deyil, Sizin kim olduğunuzu təsvir edəcək, müsahibənin qalan hissəsinə çalar qatacaq inamlı nümunələr lazımdır.

Bu vəzifəyə 100 nəfər müraciət edir – Niyə Sizi seçməliyəm?

Paho! Bilirsiniz ki, bu sual veriləcək, ona hazırsınızmı? Bu suala cavab verə bilməsəniz, o halda müsahibədə nə işiniz var? Qorxuram ki, sadəcə “Mən yaxşıyam” demək kifayət deyil. Bu sual haqqında diqqətlə düşünün və cavabı əvvəldən hazırlayın. Sizi digərlərindən fərqləndirə biləcək unikal xüsusiyyətləriniz, güclü tərəfləriniz, bacarıq və təcrübəniz haqqında fikirləşin. Çox vaxt işə qəbul edənlər eyni sualı fərqli şəkildə verməyə çalışır, məs, “Əgər əvvəlki işə götürənləriniz, yaxud əvvəlki əməkdaşlarınızdan haqqınızda nə düşündüklərini soruşsam, onlar Sizin haqqınızda nə deyərdilər?”

Sizi motivasiya edən nədir?

Bu sualın düzgün, yaxud yanlış cavabı yoxdur, lakin işə qəbul edən şəxs bu sualla müsahibə edildiyiniz işdə uğur qazanmaqda Sizin üçün nəyin əsas ola biləcəyini başa düşməyə çalışır. Yenə də bu sualı əvvəldən gözləyin və ona hazır olun. Həqiqətən də nəyin Sizi motivasiya etdiyini nəzərdən keçirin və müsahibə zamanı bir neçə nümunə gətirin. Bu suala cavab verərkən coşğunuzu vurğulayın:

Mən inkişaf komandalarına rəhbərlik etdiyim və yeni strukturlaşdırılmış prosesləri icra etdiyim bir neçə iri miqyaslı layihələrə görə məsuliyyət daşıyırdım. Komandalar 100% məhsuldarlıqla fəaliyyəti tələb olunan vaxtda yekunlaşdırdı. Layihənin qrafikdən əvvəl və büdcə daxilində tamamlanması çağırışı, məqsəd və hədəflərinə nail olan komandaların idarə edilməsi məni çox motivasiya etdi.

Maaş gözləntiləriniz?

Ödənişiniz haqqında danışmaq və potensial işə götürənlə maaş haqqında danışıqlar aparmazdan qabaq həmin rol üçün sənaye standartını müəyyən etməli və daha vacibi isə dəyərinizi və qiymətinizi potensial işə götürəninizin nəzərinə çatdırmalısınız.   Bunun üçün əmək haqlarının araşdırılmasına müəyyən qədər vaxt sərf etməlisiniz ki, layiq olduğunuzu almağa hazırlıqlı olasınız, təbii ki, məntiqi və realist iş təklifini də nəzərdən qaçırtmaq olmaz.