FireWorks HRM-dən  “Əmək Qanunvericiliyi” mövzusunda növbəti təlim 

Əziz həmkarlar, Vergi Məcəlləsinə edilən son dəyişikliklərin ətraflı izahı, dəyişikliklərin İR praktikasında tətbiq olunması qaydaları və s.  mövzuları əhatə edəcək növbəti təlimimizi sizlərə təqdim edirik. Təlimə qatılmaqla qanunvericilikdəki  son dəyişikliklərdən xəbərdar olacaq   və sizi maraqlandıran, sizin üçün qaranlıq qalan suallara cavab taparaq müvafiq biliklərinizi daha da möhkəmləndirmiş olacaqsınız. Təlimə qeydiyyat Yanvar ayının 8-indən etibarən açıq elan olunur. 

 

Tarix: 18 Yanvar, 2019-cu il
   Təlimin vaxtı: 09:00 – 13:00 (yarım gün)
   Təlimin keçirilmə dili: Azərbaycan dili

 

Təlim Gündəliyi

  • VÖEN-li, yoxsa VÖEN-siz fəaliyyət?
  • Muzdlu işdən əldə olunan gəlir və onun növləri
  • Gəlir vergisi üzrə dərəcələr və güzəştlər
  • Mülki hüquqi xarakterli müqavilələr üzrə göstərilən xidmətlərin sadələşdirilmiş və gəlir vergisinə cəlb edilməsinin xüsusiyyətləri
  • Sanksiyalar və cərimələr
  • Təkliflər 

 

Təlimçi Haqqında

FireWorks HRM-in partnyor təlimçisi Cəlil Əhmədov, Azərbaycanda biznesin təşkili və aparılmasında hüquq və vergi məsələləri üzrə ixtisaslaşmış vəkildir.

Vergilər Nazirliyində müxtəlif vəzifələri daşıyan sabiq dövlət qulluqçusu olaraq Cəlil Əhmədov vergi ödəyicilərinə xidmət göstərən, vergi siyasəti və vergi auditi təcrübəsinin təkmilləşdirilməsində iştirak edən və məhkəmə mübahisələrində departamentinə təkan verən komandaya rəhbərlik etmişdir. Əldə edilən vergi və hüquq təcrübəsi ilə sonralar fərdi fəaliyyətə başlayan Cəlil, xidmət göstərdikəri şəxslərə yerli və yaxud xarici vergi məsələlərində üzrləşdikləri problemlər zamanı müşayiət etmiş və onları məhkəmə mübahisələri zamanı uğurla təmsil etmişdir.

Təhsil

Bakalavr, Bakı Dövlət Universiteti, 1999-2003

Magistr, Bakı Dövlət Universiteti, 2005-2008

Beynəlxalq vergi üzrə Magistr, University of Florida (Fulbrayt Təqaüdçüsü), 2015-2016

 

 

Təlimdə iştirak etmək üçün xahiş edirik, Təlim Qeydiyyat Formasını doldurub elnara.jafarli@fworks.az email ünvanına göndərəsiniz. Qeydiyyat üçün son tarix: 16 Yanvar, 2019-cu il. 

Qeydiyyat Forması