Vakansiyalar

Satınalma meneceri

Construction Company

Vəzifə öhdəlikləri:

  • Şirkətin satınalma prosesinə nəzarət etmək;
  • Tədarükçülərin seçimi və müntəzəm olaraq həyata keçirilməsi mümkün olan, tələb olunan qiyməti təmin etməklə alış tələblərini nəzərdən keçirmək və şöbə rəhbərlərini alınacaq mallar barəsində məlumatlandırmaq
  • Xarici və yerli təchizatçıları araşdırmaq, seçim etmək və təchizatçı bazasını daima yeniləmək;
  • Satınalma bazarının araşdırılması, xərclərin və satınalma şərtlərinin yaxşılaşdırılması üçün yeni təchizatçıların cəlb edilməsi;
  • Xarici və yerli təchizatçılar ilə endirimlər və sərfəli kredit şərtləri də daxil olmaqla bütün şərtlər barədə danışıqların aparılması;
  • Şirkətin bütün təsdiqlənmiş tələbnamələrini əlaqələndirmək;
  • Satın alınmış xammal, mal və materialların məlumat bazasını hazırlamaq və yeniləmək, şirkətin xarici və yerli təchizat xərclərinə nəzarət etmək və aidiyyati şəxslərə hesabat vermək;
  • Satınalmalar üçün rəqabətli qiymət sorğusu sisteminə nəzarət etmək;
  • Üçüncü şəxslər ilə imzalanan müqavilələrin detallarını və xərclərini uzlaşdırmaq;
  • Şirkətin inzibati və qeydiyyat işlərinin tələblərinə riayət etmək;
  • Satınalmaların aidiyyatı şəxslərə çatdırılması barədə hesabat vermək;
  • Tələb olunduqda daşınma və gömrük işlərini həll etmək;
  • Vəzifə təlimatı üzrə lazım olduğu təqdirdə ezamiyyətlərə gedə bilmək.

 

Tələblər:

  • Təhsil: Ali təhsil
  • Təcrübə: Müvafiq vəzifə üzrə 5 il iş stajı (tikinti sahəsi üzrə iş təcrübəsi olmalıdır).
  • Dil biliyi: İngilis dili yaxşı səviyyədə, rus dili arzuolunandır.
  • Yüksək kommunikasiya və biznes ünsiyyət bacarığı olmalı;

Müsahibə əsasında

How to apply

You are welcome to send your CV