Vakansiyalar

1C operator-Mühasib

Company

İş barədə məlumat:

  • 1C proqramında mühasibat uçotu və əmək haqqı hesablanmasının avtomatlaşdırılmasının tətbiqi
    Qaimə-fakturanın tərtib olunması, göndərilməsi və satılmış malların reyestrinin təşkili
  • Şirkətə daxil olan e-qaimələrin yoxlanması və təsdiqlənməsi;
  • Gündəlik qaimə və qəbzlərin işlənməsi və mühasibat proqramına köcürülməsi;
  • Şirkətin mühasibatlığa aid tələb edilən sənədlərinin hazırlanıb işlənməsi;
  • Ödəniş üçün daxil olan sənədlərin yoxlanması, işlənilməsi və arxivləşdirilməsi;
  • Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək;
  • Gündəlik və aylıq hesabatların tərtib edilərək hesablar planına uyğun müxabirləşmələr edilməsi;
  • Kreditorlar və debitorlarla üzləşmələrin aparılması;
  • Müştəri borcları ilə bağlı lazımi analizlərin edilməsi;
  • Pul vəsaitlərinin, əmtəələrin, materialların və başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotunda əks etdirmək;
  • Yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
  • Maliyyə və mühasibatlıq direktoru tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi

     Namizədə tələblər:

    - İş təcrübəsi: müvafiq sahədə ən azı 1-3 illik iş təcrübəsi;
    - Təhsili/ixtisası: Ali təhsil (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan qadın namizədlərə üstünlük veriləcək)

    -Təlim və kurslar: Mühasibatlıq və maliyyə təlimlərinə qatılması əlavə üstünlükdür

    -AR Vergi Məcəlləsini yüksək səviyyədə bilməli
    - Dil bilikləri: Azərbaycan dili - mükəmməl, rus və ingilis dili -orta - orta

    - Kompüter bilikləri: MS Office (Word, Excel) və 1C (8.2, 8.3)  proqramını yüksək səviyyədə bilmək
    - Fərdi keyfiyyət tələbləri: Yüksək analitik qabiliyyətə malik olmaq; Peşəsinə yüksək motivasiya ilə yanaşma; Araşdırma qabiliyyəti, özünü inkişaf etdirməyə meyillilik; Fərdi və komanda da işləmə bacarığı; Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq; Detallara qarşı diqqətlilik və məsuliyyətlilik; Verilmiş tapşırıqları vaxtında icra etmək.

    İş şəraiti:


    -İş qrafiki:

    6 günlük iş qrafiki

    Birinci-Beşinci günlər : 09:00-dan 18:00-dək.

    Altıncı gün: 10:00-dan 13:00-dək.
    AR Əmək Məcəlləsinə əsasən sənədləşmə

Karyera yüksəlişi imkanı.

Müsahibə əsasında

How to apply

You are welcome to send your CV