1, 7 və 15 Dekabr 2019-cu il tarixlərində FireWorks HRM şirkəti  partnyor təlimçi ilə birgə  “Məşğulluq Hesabatları və Elektron İnformasiya Sistemində İşləmə Qaydaları” mövzusu üzrə təlimlər keçirmişdir. Təlimə daxil olan mövzular : Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişi ilə işə qəbul edilənlər, o cümlədən kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında aylıq hesabatın təqdim edilməsi qaydası və forması, yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların elektron informasiya sisteminə daxil edilməsi qaydası və forması, "Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi qaydası"nın və "Kvota şamil edilməyən müəssisələrin siyahısı"nın təsdiq edilməsi haqqında qərar, sığorta ödənişinin verilməsi qaydası, işçilərin sayı və ştatların ixtisarı zamanı işdən çıxarılacaq işçilər haqqında rəsmi məlumatın qəbul edilməsi və s. mövzular olmuşdur. Bundan əlavə Məşğulluq hesabatları və elektron informasiya sistemi ilə bağlı iştirakçıları maraqlandıran suallara geniş yer verilmiş və müzakirələr aparılmışdır. Təlimdə iştirak edən AAS- ATE BM, Accounting.az , Azerfloat, Ekvita, Qala Həyat Sığorta, Qala Sığorta, SOS Uşaq Kəndləri, TP Engineering and Consultancy, Aktif Elektrik, 6-cı Mərtəbə, Blue Planet, Kapital Bank, Paşa Travel, Access Bank, Azərcosmos, GFC, Premium Bank, PWC, Weatherford və s. şirkətlərin nümayəndələrinə dərin təşəkkürümüzü bildiririk.