12 və 13 Sentyabr 2018-ci il tarixlərində Kapital Bankın əməkdaşları üçün partnyor təlimçimiz Lalə Əbdürəhmanova tərəfindən  "Stressin İdarə Olunması" mövzusu üzrə təlim keçirilmişdir. Təlimdə əsas mövzular stress nədir və onun nəticəsi, konstruktiv və destruktiv stress, tez zamanda stressdən bərpa olunma texnikası və s. olmuşdur. Təlimə əlavə marağı tətbiq olunan müxtəlif çalışmalar qatmışdır. Kapital bankın müxtəlif departamentlərinin əməkdaşlarına təlimdə iştiraklarına görə təşəkkürümüzü bildiririk.