FireWorks HRM şirkəti 6 və 7 Aprel 2018-ci il tarixlərində Kapital Bankın əməkdaşları üçün "Əmək qanunvericiliyində son dəyişikliklər" mövzusu üzrə təlim keçirmişdir. Təlim partnyor təlimçimiz, hüquqşünas-ekspert Mayıs Əliyev tərəfindən keçirildi. Aktiv, maraqlı müzakirələr, daha çox müxtəlif real kazuslar əsasında keçirilən təlimdə iştirakçılar, həmçinin, Əmək məcəlləsi üzrə onlara qaranlıq qalan bəzi digər suallara da cavab tapdılar. Təlimdə aktiv iştirak etdikləri üçün Kapital Bankın İnsan Resurları, Hüquq, Maliyyə və digər departamentlərinin nümayəndələrinə öz təşəkkürümüzü bildirir və onlarla işləməkdən böyük zövq aldığımızı qeyd etmək istəyirik.