FireWorks HRM şirkəti 2 Mart 2018-ci il tarixində partnyor təlimçi Mayıs Əliyevin təqdimatında “Əmək qanunvericiliyi” üzrə təlim təşkil etdi. Əmək Məcəlləsində baş verən son dəyişikliklərin təhlili ilə başlayan təlim, daha sonra Əmək Qanunvericiliyi ilə bağlı iştirakçıları maraqlandıran aktual problemlər və onların hüquqi həlli barədə məlumatlandırma ilə davam etdi. Təlimdə iştirak edən “Qala Sığorta” ASC, TBC Kredit Bank Olmayan Kredit Təşkilatı MMC, AAS-ATE JV, Bank of Baku, Petronas və digər şirkətlərin nümayəndələrinə dərin təşəkkürümüzü bildiririk.