FireWorks HRM şirkəti 23 Fevral 2018-ci il tarixində Laura Həmidovanın təqdimatında “Performance Management” adlı təlim təşkil etdi. Çox dinamik şəkildə keçən təlimdə iştirakçılara SHRM standartları əsasında Performance Management sistemi, fəaliyyət standartları, fəaliyyət qiymətləndirməsi metodları, MBO, BARS sistemləri və s. barədə ətraflı məlumat verildi. İştirakçılar, həmçinin, təlim zamanı bir neçə maraqlı tapşırıqlar yerinə yetirmişdir. Təlimdə iştirak edən Eurodesign QSC, Ekvita MMC, SOCAR, Bank of Baku, Marxal Resort & Spa Hotel, Azərtexnolayn MMC və digər shirkətlərin nümayəndələrinə dərin təşəkkürümüzü bildiririk.