15 Noyabr 2017-ci il tarixində  FireWorks HRM Society for Human Resource Management-in (SHRM)  partnyorluğu ilə SHRM Sertifikasiyasının təqdimat mərasimini  keçirdi. Təqdimat tədbirə dəvət olunmuş SHRM-in Orta Şərq və Şimali Afrika regionu üzrə icraçı direktoru olan Brad Boyson tərəfindən keçirildi. Tədbirə qonaq qismində  ölkəmizdə fəaliyyət göstərən bir sıra şirkətlərin (Siemens AG, Lafarge Holcim, Kapital Bank, Dəmir Bank, Engin LTD, British Petrolium, SOCAR, Azercell Telecom və  s.) 50-dən artıq nümayəndəsi qatılmışdır.