10 oktyabr 2017-ci il tarixində “Firevvorks HRM” şirkəti Azərbaycan Texniki Universitetinin tələbələri üçün “Karyera yolunda məsləhətlər” adlı seminar təşkil etmişdir. Seminarda gənc tələbələrə  karyera yolunda ilkin düzgün addımlar, CV-lərin hazırlanması, müsahibəyə düzgün hazırlıq, işəgötürən ilə münasibətlərin düzgün təşkil olunması, özünü ifadə etmə bacarıqları və s. haqda professional məlumatlar verilmişdir.  Tələbələrə aktiv iştiraklarına görə minnətdarlığımızı bildiririk.