14 Oktyabr 2017-ci il tarixində FireWorks HRM uşaqlar üçün “İş nədir?” mövzusunda seminar təşkil etdi. Peşəkar təlimçi Yuriy Jupikovun təqdimatında keçən seminarda uşaqlar iş nə üçündür, işləməyin  mahiyyəti nədir sualları barədə maraqlı məlumatlar əldə etdi, təlimçi ilə diskussiyalar apardı və əyləncəli oyunlar keçirdi. Seminarın sonunda iştirakçılar sertifikatla təltif olundu.