12 noyabr 2016-cı ildə FireWorks HRM şirkəti uşaqlar üçün “Öyrənməyi necə öyrənməli” mövzusunda Master klass formatında KSM (Korporativ Sosial Məsuliyyət) “Öz gələcəyimizi indi quraq” proqramı çərçivəsində təlim təşkil etdi. Peşəkar təlimçi Yuriy Jupikovun təqdimatında olan təlimdə 21-ci əsr məktəbinin ingilis bölməsinin 4-cü sinif şagirdləri iştirak etmişdir. Təlimin mahiyyəti uşaqlara “get və öyrən” demək əvəzinə onlara necə öyrənməyin yollarını göstərməkdən ibarət idi. İştirakçılar təlimin sonunda sertifikatla təltif olunmuşlar.