FireWorks HRM şirkətinin əməkdaşları Oktyabr ayının 28-i Rotunda Hall, Landmark Hotel-də baş tutan AmCham KSM Mükəmməllik Mükafatlandırma Mərasimində iştirak etdilər. Şirkətimiz Mükəmməllik Mükafatlandırma Mərasimində Könüllülərlə aktiv sosial proqramlar keçirtdiyinə, il boyu bu sahəylə bağlı çoxsaylı lahiyələrdə iştirak etdiyinə görə 2-ci yerlə təltif olundu. FireWorks HRM İnsan Resursları şirkəti olaraq gələcək nəsli düşünür, əsasən öz karyerası yolunda yenicə addımlayan tələbələrə diqqət yetirir. Tələbələr üçün təşkil etdiyimiz “Karyera inkişafı seminarları və təcrübə proqramları” gəncləri ruhlandıraraq onlara kömək edir, sevdikləri işi müəyyən etməklərində, müsahibə zamanı özlərini hazır etmələrində və ən əsası isə onların peşəkar həyata ilk addımlarını atmağında yardımçı olur.

Gəlin birgə bu qələbəni qeyd edək və cəmiyyətimiz üçün faydalı olan 26 layihənin qalibiyyətini təbrik edək!