“23 may 2015-ci il tarixində FireWorks HRM şirkəti AmCham-ın və Təhsil Nazirliyinin birgə layihəsi olan və British American Tobacco şirkətinin dəstəyi ilə təəşkil etdiyi əmək yarmarkasında iştirak etmişdir. Təhsil Naziri Mikayil Cabbarov açılış mərasimində çıxış edib, iştirakçılara uğurlar arzulayaraq vurğulamışdır ki, bu əmək yarmarkası davamlı olaraq təşkil ediləcək.

İnsan Resurslarının İdarəolunması şirkəti olaraq, biz mütəmadi olaraq, məzunlar üçün iş imkanlarının müasir üsullarını izləyirik. Əmək yarmarkası zamanı biz, bir sıra namizədlərlə müsahibə keçirərək onlara öz karyerasını qurmaqda istiqamətləndirdik.

Məzunlarla bağlı iş axtarışı prosesi FireWorks HRM şirkəti fəaliyyətə başladığı andan etibarən bizim sosial məsuliyyətimiz olmuşdur və yeni məzunların ilk karyeara istiqamətindəki ilk addımlarına yardım göstərib onlara yol göstərmək bizim vəzifəmizdir”.