Aprelin 17-si 2015-ci il tarixində FireWorks HRM şirkəti Azərbaycan Universitetində tələbələr üçün  “Karyera İnkişafı” adlı təlim keçirilmişdir. Təlim CV yazılması hazırlığı, müraciət məktubunun önəmi, müsahibəyə necə hazırlaşmaq lazımdır və s. bu kimi mövzuları əhatə etmişdi.

Maliyyə, Menecment, Marketing, Mühasibat və Audit kimi fakültələrinin tələbələri aktiv formada bütün müzakirələrdə, verilən tapşırıqlarda və eləcə də, əyani nümunələrdə iştirak etmişdilər.

Təlimin sonunda ən aktiv tələbələr FireWorks komandası tərəfindən hədiyyələrlə təltif olundu. Eləcə də, ən fəal tələbəyə şirkətimizdə təkbətək təlim keçmək  və bizim ekspertlərin yardımı ilə peşəkar CV hazırlanması imkanını əldə etdi.

Biz, yeni nəslin inkişafına yardım etməkdən məmnuniyyət hissi duyuruq.