Müsahibəyə hazırlıq

Hansı suallar verilə bilər

Namizədin xüsusi menecment funksiyalarındakı səriştə sviyyəsini müəyyən etmək üçün menecer müsahibəsinə davranışla bağlı müsahibə sualları əlavə olunur. O baxımdan iş müsahibəsinə hazırlaşarkən işinizə aidiyyatı olan, artıq siyahıya daxil etdiyimiz suallara oxşar davranış müsahibə suallarını nəzərdən keçirmək həyati əhəmiyyət daşıyır. Təcrübə səviyyənizdən asılı olaraq müsahibə zamanı bəzi daha mürəkkəb suallar gözləyə bilərsiniz ki, məhz həmin suallar vəzifəyə yararlı olub olmadığınızı müəyyən edə bilər.

Şəxsi menecment tərziniz və münasibətinizi araşdıracaq müsahibə suallarını gözləyin. Bu sualların məqsədi əməkdaşlara müvafiqliyinizi, şirkətin mədəniyyətinə necə uyğunlaşa biləcəyiniz potensialını aradşdırmaq məqsədini daşıyır.

  • Sizcə ən effektiv menecment tərzi hansıdır?
  • Hansı insanlarla işləməkdən zövq alırsınız?
  • Menecment tərzinizdə nəyi dəyişmək istərdiniz?

Menecment vəzifəsi ilə bağlı müsahibə suallarına günümüzün dəyişən biznes mühiti kontekstində menecmentin nə demək olduğunu anlama və bilginizi araşdıran suallar daxil ediləcək, həmin suallar bazar və dəyişən şəraitlər haqqında biliyinizi nümayiş etdirməyə kömək edəcəkdir.

Hazırda menecerlər bir sıra mürəkkəb çağırışlarla rastlaşırlar, məs., daha az resurslara çıxış, daha ixtisaslaşmış və daha fərqli komandaların idarə olunması, daima dəyişən və yüksək rəqabət qabiliyyətli mühitdə fəaliyyət göstərmək. Verəcəyiniz cavabı vəzifə, şirkət və sənaye haqqında bildiklərinizlə əlaqələndirin.

Daha mühüm olan digər bir məsələ isə namizədin dəyişikliyi idarə edə bilmək və bazar şəraitinə aid mürəkkəb çağırışlara reaksiya vermək bacarığıdır.

Menecment vəzifələri üçün əsas davranış kompetensiyalarına bir daha nəzər salın. Onları hazırki iqtisadi şəraitin təsirinə məruz qalan menecment tapşırıqları ilə əlaqələndirin, məs, planlaşdırma və icra, xərclərə nəzarət, əməkdaşların inkişafı və motivasiyası, dəyişiklərin kommunikasiyası və idarə edilməsi.

Sənaye haqqında biliyinizi nümayiş etdirən iki, yaxud üç meyl hazırlayın. Texnoloji çağırışlar və imkanlar, hazırki iqyisadi şərait və tələb, artmaqda olan rəqabətliliyi nəzərdən keçirin.

“Ən sevimli menecment kitabınız hansıdr?” kimi menecer müsahibə sualları Sizin şəxsi və peşəkar inkişafa olan münasibətinizi qiymətləndirməyə kömək edir. Menecment haqqında oxuduğunuz kitabların siyahısını hazırlayın və özünüinkişafa proaktiv münasibətinizi nümayiş etdirin. Bəzi ümumi istifadə olunan müsahibə suallarını gözləyin və cavablarınızı hazır edin.