Vacancies

Aparıcı kredit mütəxəssisi

Bank olmayan kredit təşkilatı

Şəxsi keyfiyyətlər: sağlam, etik davranışlı, məsuliyyətli, analitik və riyazı təhlil bacarığının olması.

Peşəkar tələblər: ali-iqtisad təsilli, bank və kredit işində təcrübəsinin olması, elektron daşıyıcılarla müstəqil işləyə bilməsi, uçot və hesabat işinin təşkili, azərbaycan dilində səriştəli olması, rus və ya ingilis dillərində ünsiyyət qurmaq bacarığı. 

Vəzifə öhdəlikləri:

1. təşkilata müraciət edən müştərilərə onları maraqlandıran bütün suallar ətrafında geniş məlumat vermək, müştəriyə yüksək səviyyəli xidmət göstərmək, onun kreditoru seçməkdə səhv etmədiyinə əmin olmasını təmin etmək;

2. filial müdirinin (qrup rəhbərinin) qərarına əsasən müəyyən edilmiş müştəri sayı, sərbəst təhlil edəcəyi kreditin məbləği və kreditin maksimum məbləğini rəsmiləşdirməli;

3. filial müdiri (qrup rəhbəri) tərəfindən təyin edilmiş müəyyən məbləğdən başlayaraq rəsmiləşdirdiyi kreditlər üzrə mütləq qaydada filial müdiri tərəfindən əvvəlcədən baxış keçirilməsini təmin etməli;

4. problemli kreditlərin səviyyəsi kredit portfelində 1%-dən artıq olmamalı;

5. müştərinin ilkin vizual qiymətləndirilməsi və şəxsi qərarı qəbul etmək;

6. kreditlə bağlı şəxsi qərarın qəbul olunması haqqında filial müdirinə (qrup rəhbərinə) məlumat verilməsi və müzakirə olunması;

7. müzakirəyə çıxarılmış kreditlərin düzgün təhlilinə görə tam məsuliyyət daşıyır;.

8. sifariş olunan kreditlə bağlı müştəriyə məlumatların verilməsini həyata keçirmək;

9. müştərilərdən plan üzrə göstərilmiş məbləğə qədər kredit sifarişinin qəbul edilməsi;

10. kredit sifarişinin tam təhlili (sənədlər və baxış əsasında);

11. kredit sifarişinin müzakirəyə çıxarılması;

12. kredit əməliyyatları üzrə faizlərin hesablanması və müxabirləşmənin aparılması;

13. bütün növ məhsullar haqqında biliklərə malik olmalı və müəyyən edilmiş məbləğə qədər satışını həyata keçirməli; 14. kreditlərin verilməsi məqsədilə müştərilərin barəsində tərtib etdiyi məlumatların düzgünlüyünü: girov və ya ipoteka predmetinin veriləcək borca tənasüblüyünü və yetərliliyini; müştərinin aylıq ödəniş qabiliyyətinin vəziyyətini və reallığını yoxlayaraq onun alacağı krediti ödəmək qabiliyyətinin olmasını yoxlamalı, lazım gələrsə, müvafiq sənədləri tələb edib biznes fəaliyyətinin reallığını və digər gəlirlərin mənbəyini yerində araşdırmalı, bu məlumatların düzgünlüyünə əmin olduqdan sonra kreditin verilməsi haqqında təklifin Kredit Komitəsinə çıxarılması üçün bu məlumatları əks etdirən sənədləri filial müdirinə (qrup rəhbərinə) təqdim edir;

15. verilmiş kreditlərin borclu tərəfindən gələcəkdə vaxtında və tam ödənilməsini təmin etmək məqsədilə əvvəlcədən müvafiq tədbirlər görür və buna görə bilavasitə məsuliyyət daşıyır;

16. risklərdən çəkindirmək üçün eyni müştəriyə əvvəlki borcu ödəyib başa çatdırmadan təkrar kreditlərin verilməsindən imtina edir, istisna hallarda isə təkrar kredit verilərkən, müştərinin əvvəlki borcla yanaşı növbəti alacağı borcun məhz hansı mənbədən ödəyə bilmək qabiliyyətini yoxlamalı, borcun vaxtı-vaxtında ödəniləcəyinə əmin olduqdan sonra yoxlamanın nəticəsi barədə sənədlərin Kredit Komitəsinə təqdim edilməsi üçün filial müdirinə (qrup rəhbərinə) təqdim edir. Təqdim etdiyi məlumatların düzgünlüyünə görə o bilavasitə məsuliyyət daşıyır;

17. problemə düçar olmuş müştərinin ödənişini təmin etmək məqsədilə onunla tez-tez görüşməli, telefon vasitəsilə borcun ödənilməsinin vaxtı çatdığını xatırlatmalı və icrasını təmin emtək eçen əməli tədbir görməlidir;

18. filialın kredit portfelində olan problemli kreditlərin həlli üçün əməli tədbirlər görür, bu barədə ayda bir dəfədən gec olmayaraq təşkilatın baş idarəsinə yazılı məlumat verir;

19. müəyyən edilmiş kredit portfelini toplamalıdır;

20. müştərilərə kredit verilməsi üçün sənədləşmənin hazırlanması;

21. kredit qovluğunun tam hazırlanması və kreditin verilməsi;

22. verilmiş kreditin ödənilməsinə nəzarət edilməsi, monitorinq aparılması;

23. müştəri bazasının elektronlaşdırılmasının aparılması və daimi əlaqələrin saxlanılması;

24. təşkilatın göstərdiyi bütün növ xidmətlər haqqında biliyin olması;

25. təşkilatın bütün növ məhsullarının satılması;

26. rəhbərliyin müxtəlif (birdəfəlik) tapşırıqlarının vaxtı-vaxtında həll və icra edilməsi;

27. filiala təhkim olunmuş yeni təcrübəçilərə və təlimatlandırılması məqsədilə əməkdaşlara treninqlər keçirərək bilik səviyyəsinin artırılması;

28. Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;

29. Müştərilər üçün ödəniş tapşırıqlarını tərtib etmək;

30. Müştərilərin hesabları üzrə çıxarışları hazırlamaq və təqdim etmək;

31. Aparılan əməliyyatlar üzrə müxabirləşmələri həyata keçirmək;

32. Aparıcı kredit mütəxəssisi filial müdirinə və qrup rəhbərinə tabedir. Lakin mütəxəssis iş zərurətilə əlaqədar tələb olunduğu halda təşkilatın rəhbər işçilərinə hesabat verməlidir.

Hüquqlar:

3.1. Mütəxəssis aşağıdakı hüquqlara malikdir: 3.1.1. Vəzifə borcu və hüquqlarının yerinə yetirilməsinə köməkliyin göstərilməsi tələbi ilə rəhbərliyə müraciət etmək; 3.1.2. Zəruri olduqda öhdəsinə qoyulmuş tapşırıqların icrasına digər struktur bölmə mütəxəssislərini cəlb etmək (struktur bölmə əsasnamələri ilə nəzərdə tutulduğu halda; olmadıqda, rəhbərliyin icazəsi ilə); 3.1.3. Rəhbərliyin qəbul etdiyi və onun fəaliyyətinə aid olan qərarların layihələri ilə tanış olmaq; 3.1.4. Şəxsən və ya bilavasitə rəhbərinin tapşırığı ilə, vəzifə öhdəliyinin icrası üçün zəruri olan məlumat və sənədləri struktur bölmə rəhbərləri və mütəxəssislərindən sorğu etmək; 3.1.5. İcra edilən işlə bağlı aşkar edilən çatışmazlıq və xətalar barədə birbaşa rəhbərinə məlumat vermək

Məsuliyyət:

4.1. Mütəxəssis aşağıdakı hallarda və hədlərdə məsuliyyət daşıyır: 4.1.1. Vurduğu maddi zərərə görə - Azərbaycan Respublikasının əmək və mülki qanunvericiliyi ilə müəyyən edilmiş hədlərdə; 4.1.2. Fəaliyyətini həyata keçirmə zamanı törətdiyi hüquq pozuntusuna görə - Azərbaycan Respublikasının cinayət, inzibati və mülki qanunvericili ilə müəyyən edilmiş hədlərdə; 4.1.3. Hazırki vəzifə təlimatı ilə müəyyən edilmiş vəzifə öhdəliklərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsinə görə - Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən edilmiş hədlərdə. 4.2. Mütəxəssis “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş bank sirrinin qorunmasına görə birbaşa məsuliyyət daşıyır.

On the interview results

How to apply

You are welcome to send your CV