"Dəyişiklik yeganə sabitlikdir" - Heraclitus , Yunan filosofu.

2000 il əvvəl düzgün sayılan , bu günlərdə də doğru sayılır. Hal-hazır ki dövrdə biznes özü dəyişiklik deməkdir.Yeni təşəbbüslər, layihə işləri,texnoloji irəliləyişlər- bunların hamısı birlikdə dəyişiklikləri bizim iş həyatımıza gətirir. Siz bilirsiniz ki, dəyişikliklər olmalıdır amma siz onları necə həyata keçirəcəyinizi bilmirsiniz. Hardan başlamaq lazımdı? Kimi bu prosesə cəlb etmək olar? Bu prosesi əvvəldən sonuna kimi necə çatdıraqsınız?

Dəyişiklikləri necə etmək haqqında çoxlu nəzəriyyə var. Liderlik və dəyişiklik menecmentliyi movzularının banisi Jon Kotterdi . Harvard Biznes Məktəbinin professoru və dünyada tanınmış  dəyişiklər üzrə  eksperti Kotter 1995 ildə səkkiz mərhələdən  ibarət olan “Dəyişiklərin yönləndirilməsi” kitabını təqdim etmişdi. Gəlin dəyişiklərin yönləndirilməsi üçün səkkiz mərhələyə nəzər salaq.

Mərhələ 1. Aktuallıq yaradın

Əgər dəyişikliklərin baş verməsini istəyirsinizsə , bunu bütün şirkət istəməlidi. Dəyişikliyin vacib olması  hissini yaratmağa çalışın. Bu sizə hər şeyi başlamağa ilkin qığılcım verə bilər. Bu sadəcə zəif gedən satış statistikasını və artan rəqabətliliyi göstərmək demək deyil. Əmək bazarında nə baş verdiyi haqda səmimi və məntiqi dialoq qurun. Əgər siz təklif etdiyiniz dəyişikliklərdən çox adam müzakirə eləsə,  dəyişikliklərin vacibliyi hissi yaranacaq.

Bunun üçün siz hansı fəaliyyətləri həyata keçirə bilərsiniz.

  • Potensial fəaliyyətinizi müəyyən edib , gələcəkdə nə ilə qarşılaşa biləcəyiniz haqqında fikirlərinizi nəzərinizə salın;
  • Nə cür imkanlarla qarşılaşa biləcəyinizi və onlardan necə fayda ala biləcəyiniz haqqında düşünün;
  • Səmimi müzakirələr aparmağa başlayın və insanların fikirlərini çatdırmağa, danışmağa yönəldən səbəb yaradın;
  • Öz arqumentlərinizi gücləndirmək üçün müştərilərdən, peşakar adamlardan dəstək alın.

Mərhələ 2. Güclü birləşmə yaradın

Dəyişikliklərin zəruri olduğunu əməkdaşlarınıza inandırın. Bunun üçün sizin liderlik bacarıqlarınız və şirkətin peşakar işçilərin dəstəyi lazım olacaq. Dəyişiklikləri yerinə yetirmək kifayət deyil- siz onlara rəhbərlik etməlisiniz.Siz effektiv liderləri şirkətin özündə tapa bilərsiniz- onlar adətən şirkətin iyerarxiyasını təqib etmirlər. Dəyişiklikləri yönləndirmək üçün sizə, digər  insanlara müəyyən iş rütbəsi , statusu ,politik vacibliyi ilə təsir edən, bir komanda lazımdı.

Bunun üçün siz hansı fəaliyyətləri həyata keçirə bilərsiniz.

  • Şirkətin əsl liderlərini müəyyən etməlisiniz;
  • Bu insanlardan emosional öhdəçilik xahiş etməlisiniz;
  • Dəyişiklikləri  yönləndirən komandanız ilə  birgə komanda inkişafı təlimləri aparın;
  • Komandanızın zəif məqamlara əsasən nəzərə alın və əmin olun ki onlar şirkətin müxtəlif şöbələrindən və səviyələrindən olan topluqdu.

Mərhələ 3. Dəyişikliyin Hədəf baxışını yaradın

Dəyişikliklər haqqında düşünməyə başlayanda siz çoxlu ideyalar və çözümlərlə  üz-üzə gələcəksiniz. Bütün məfhumları bir hədəf baxışına gətirin ki, insanlar onları başa düşüb yadda saxlaya bilsinlər. Düzgün hədəf baxışı olduqda hamı sizin nə üçün bunları xahiş etdiyinizi başa düşəcək. İnsanlar nə üçün çalışdığını başa düşəndə onların yönləndirmələri daha mənalı olur.

Bunun üçün siz hansı fəaliyyətləri həyata keçirə bilərsiniz.

  • Dəyişməli olan əsas dəyərləri müəyyənləşdirin;
  • Şirkəti gələcəkdə necə gördüyünüz haqda qısaca yazın;
  • Gələcək hədəf baxışınızı hansı yolla yerinə yetirəcəyinizi müəyyənləşdirmək üçün strategiya yaradın;
  • Əmin olunki bütün dəyişiklikləri beş dəqiqə ərzində sadalaya bilərsiniz.

Mərhələ 4. Hədəf baxışınızla bölüşün

Öz hədəf baxışınızı yaratdıqdan sonra onu necə tətbiq etməyiniz sizin uğuru müəyyənləşdirəcək. Sizin bu çatdırdığınız fikir, şirkətdə gündən günə rəqabətlə üzləşə bilər. Məhs buna görə onları sürətli və güclü  təsirə malik formada çatdırmalısınız. Öz hədəf baxışınızı çatdırmaq üçün xüsusi görüşləri gözləməyin. Onun əvəzinə, istənilən uyğun vaxtda o barədə danışın. Öz hədəf baxışınızı gündəlik qərarlarda və problemlərin həllində tətbiq edin. Əgər hər kəs bununla dəfələrlə qarşılaşsa bu onların yaddaşlarında qalacaq. Müzakirələri yaymaq çox vacibdi. Sizin nə edəcəyiniz və nəyə inandığınız danışıqlardan daha vacibdi. Digərilərdən gözlədiyiniz davranışı özünüz göstərin.

Bunun üçün siz hansı fəaliyyətləri həyata keçirə bilərsiniz.

  • Hədəf baxışınız haqqında  mütəmadi olaraq müzakirə aparın;
  • İnsanların qayğılarına və müraciyyətlərinə səmimi və açıq olun;
  • Öz hədəf baxışınızın idarə cəhətlərini tətbiq edin – təlimlərdən başlayaraq əmək bacarıqların qiymətləndirilməsinə kimi hər şeyi hədəf baxışınıza bağlayın;
  • Nümunələrə nəzər yetirərək yönləndirin.