Biznes aləmində çox hallarda bir iş digər bir şirkətə autsors oluna bilər. İşi digər bir şirkətə həvalə etməyi seçmək üçün səbəblər çoxdur və buna mövcud kadr, avadanlıq və ya qurğular daxildir. Bəzi işləri tələb olunan sahədə ixtisaslaşmış mütəxəssislərə həvalə etmək daha yaxşıdır. Autsorsinq məhsuldarlığı artırmaqla yanaşı, vaxta və pula qənaət edə bilər.

Son on ildə autsorsinq artımaqda davam etmiş və 2013-cü ildə bu cür işlərin sayı 2 milyonu ötmüşdür. Tədqiqat və inkişaf üzrə 38% olmaqla yanaşı, İT üzrə autsors olunan işlər 43% olmuşdur. Xaricdə ofşor paylanma 26%, çağrı mərkəzi üzrə işlər 12% təşkil etmişdir.

Autsorsinq yalnız böyük biznes üçün deyil

Autsorsinqə əsasən yalnız böyük şirkətlər tərəfindən tətbiq olunan strategiya kimi baxılır, amma, müasir texnologiya onu kiçik şirkətlər üçün də getdikcə daha çox mümkün edir. Bir çox kiçik şirkətlər üçün, kənar podratçılardan istifadənin artım və məhsuldarlığın çoxalmasına, həmçinin onların xalis gəlirinin artmasına vəsilə olduğu sübut olunmuşdur. Daha çox kiçik olan bizneslər texnoloji yüksəlişlər üçün autsors olunur və mütəxəssislərə dünyanın istənilən yerində işləmək imkanı yaradır.

Autsorsinqə ilk addımlar

Autsorsinq prosesinə başlamaq çətin və vaxt aparan bir iş ola bilər. Kənar mütəxəssislərdən yardım almaq üçün qərar verən zaman nəzərə alınmalı çox şeylər var. Əlbəttə, mübadilə o zaman artan səmərəliliyə malik olur ki, burada biznesin əsas aspektləri ixtisaslı kənar mənbələr tərəfindən idarə olunsun.

Autsors üçün doğru zaman

Autsorsinqə başlamaq üçün doğru zaman məsələsi hər şirkət üçün fərqlidir. Bir çox şirkətlərin bütün gündəlik fəaliyyətləri idarə edən heyəti vardır, lakin bəzi yeni layihələrin həyata keçirilməsi və mövcud layihələrin genişləndirilməsi üçün kənar yardım tələb olunur. Cari heyət tələb olunan gündəlik işləri görmək iqtidarında deyilsə, autsorsinqi düşünməyin tam zamanıdır.

Çox kiçik bizneslər üçün autsorsinqə əvvəldən başlamaq lazımdır. Bu bizneslər mühasib və virtual köməkçi ilə başlasalar, bunun faydası olar. Daha sonra komanda veb dizayner, qrafik dizayner, layihə yazmaq üzrə mütəxəssis, layihə rəhbəri və icra müavini daxil edilməklə genişləndirilə bilər.

Autsors etmək üçün tapşırıqların növləri

Bu günlərdə, demək olar ki, istənilən tapşırıq autsors oluna bilər. İstənilən bir iş barədə ştatdankənar və ya podratçı tapmaq nisbətən asan olmuşdur. Əslində, siz çox güman ki, artıq mənşə və cinayətlə əlaqələrin yoxlanması və ya əmək haqqı fondunun idarə edilməsi kimi bəzi kiçik biznes tapşırıqlarını autsors etmisiniz.

Bəzi şeyləri autsors etməməlisiniz. Siz öz biznesinizə diqqətlə nəzər salmalı və onun güclü və zəif cəhətlərini müəyyən etməlisiniz. Şirkətin güclü tərəflərindən biri hesab olunan hər hansı bir iş daxilən idarə olunmalıdır. Bu, sizin şirkətinizə aid olan bir şeyin müştərilərin başqa heç bir yerdə tapa bilməyəcəyini təmin edir

Üç autsorsinq kateqoriyası

Autsors oluna bilən tapşırıqlar üç kateqoriyaya ayrılır. Yüksək ixtisaslı və ya icra səviyyəli vəzifələr autsors oluna bilər. Sizin mühasibin işini yaxşı görməsini təmin etmək üçün onu maliyyə təhlili ilə təchiz edən CFO səviyyəli icraçınız ola bilər. Məlumatların daxil edilməsi, inventarların daşınması, ödənilməli hesablar kimi usandırıcı tapşırıqlar autsors oluna bilər. Nəhayət, HR və İT kimi xüsusi bilik tələb edən işlər də outsors oluna bilər.

Doğru podratçı

Texnologiya bacarıqlı autsorsinq təminatçıları tapmağı daha asan edir amma doğru həmkarı seçmək biznesinizin uğuru üçün mühümdür. Öz şəbəkənizin daxilindən başlayın. Digər iş sahiblərindən sizin ehtiyacınız olan xidmətləri təklif edən potensial həmkarlar barədə tövsiyyələrini bildirməyi xahiş edin. Linkedİn və Twitter kimi onlayn şəbəkələr öz şəbəkənizi genişləndirmək və tövsiyyələr axtarmaq üçün əlverişlidir.

Autsorsinq dünyada biznes etməyin ən kütləvi yoluna çevrilir və böyük şirkətlərdən kiçik biznesə qədər hər kəs onun təklif edə biləcəyi mükafatların səmərəsini görə bilər. Bəzi usandırıcı tapşırıqların başqasına həvalə edilməsi və mütəxəssislərin cəlb edilməsi sizə öz sahənizdə üstünlük qazandıracaq  və pulunuza əhəmiyyətli dərəcədə qənaət etmək imkanı verəcəkdir.Doğru təminatçının seçilməsi sizi inkişaf və məhsuldarlığın artımı ilə təmin edəcək və xalis gəlirinizi artıracaqdır.

Müəllif - Lala İbrahimova, Biznesin İnkişafı üzrə koordinator.