
Təlimçi
Seymur Rəsulov, Laura Həmidova, Mayis Əliyev
EMOSİONAL ZƏKA (Seymur Rəsulov)
Tarix: 7 Avqust, 2020-ci il
Saat: 19:00
Vebinarın qiyməti: 25 AZN
*Emosional zəkaya yiyələnməyin faydaları
*Trait EI modelinin 5 seqmenti
*Emosional səriştə dedikdə nə nəzərdə tutulur?
*Emosiyaların düzgün təhlil olunması və idarə olunması
*Emosional zəkanı anlamaq üçün tələb olunan əsas qabiliyyətlər hansılardır?
*Emosional zəkanın qiymətləndirməsi üçün testlər
*İştirakçıların ilkin emosional zəka potensialının təyini
*Emosiyalarımızı anlamaq
*Emosiyaların elmi kökü
PERFORMANSIN İDARƏ OLUNMASI SİSTEMİNİN QURULMASI (Laura Həmidova)
Tarix: 14 Avqust, 2020-ci il
Saat: 19:00
Vebinarın qiyməti: 25 AZN
*Performansın İdarə Olunması sistemi nədir?
*Performansın İdarə olunması sistemi digər hansı İR funksiyaları ilə birbaşa əlaqəlidir?
*Performans İdarə Olunması sisteminin işçi və işəgötürənə verdiyi faydalar
*Performansın İdarə olunması sisteminin növləri : MBO, BARS modelləri
*Menecerlərin bu istiqamətdə etdiyi səhvlər
ƏMƏK MÜQAVİLƏLƏRİ İLƏ BAĞLI PROBLEMLİ MƏSƏLƏLƏR (Mayis Əliyev)
Tarix: 17 Avqust, 2020-ci il
Saat: 19:00
Vebinarın qiyməti: 25 AZN
*Pandemiya şəraitində Əmək Münasibətlərinin Əmək Müqaviləsi ilə tənzimlənməsi xüsusiyyətləri
*Əmək müqaviləsinin müddətli bağlanması halları
*İşçi tərəfindən əmək müqaviləsinə xitam verilməsinin tənzimlənməsi
*İşəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin tənzimlənməsi
*Digər hallarda əmək müqaviləsinə xitam verilməsinin tənzimlənməsi
*Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları
*Məzuniyyətlərlə bağlı problemli məsələlər
TƏLİMÇİLƏR BARƏDƏ
Seymur Rəsulov – FireWorks HRM-in partnyor təlimçisi, Whelp adlı Rəqəmsal Müştəri xidmətləri platformasının həmtəsisçisidir (getwhelp.com). O, həmçinin, Dohada Qatar Fondu, Dubayda Springer şirkətində satış meneceri və EBSCO şirkətində illik satış hədəfi 6.4 milyon dollar olmaqla Yaxın Şərq, Şimali Afrika, Mərkəzi Asiya, Türkiyə və İsrail regionları üzrə Regional satış meneceri kimi çalışmışdır. Seymur Magistr dərəcəsini ABŞ-da, İllinoys ştatının Urbana Champaign Universitetindən əldə etmişdir. Seymur Almaniyada və Dubayda keçirilən TEDx tədbirlərində spiker kimi çıxış etmişdir. Bundan başqa,yerli SAT forumu və Mentor talks kimi tədbirlərdə yeni satış konsepti ilə bağlı çıxışlarla yadda qalmışdır. Seymur Rəsulov hər bir müştərini potensial alıcıya çevirəcək müştəri məmnuniyyəti, təqdimat bacarıqları, komandada iş, satış kimi soft skills təlimləri üzrə fəaliyyət göstərir.
Laura Həmidova - Xəzər Universitetinin Hüquq və Sosial Tədqiqatlar fakültəsinin Bakalavr və Magistr dərəcələrini bitirmiş (www.khazar.org) və Böyük Britaniyanın Wales Universitetinin İnsan Resurslarının İdarəolunması üzrə sertifikatını almışdır (www.wales.ac.uk). O, 2017-ci ildə Society for Human Resource Management tərəfindən SHRM CP sertifikatı ilə təltif olunmuşdur. Həmçinin, onun aldığı təhsilə Azərbaycan və xaricdən olan müxtəlif təlimçilər və hüquqi mütəxəssislər tərəfindən keçirilən bir sıra təlimlər və seminarlar daxildir. HR karyerasına Det.Al Alüminium və Vest Consulting şirkətində başlayan Laura H. sonradan BP-nin global partyoru olan AMEC şirkətində HR Koordinator vəzifəsində çalışmışdır. Bundan sonra o, Moore Stephens audit şirkətində Rekrutinq və Xüsusi İstedadlar Meneceri olaraq fəaliyyət göstərmişdir. 2013-cü ildə Laura H. öz şəxsi şirkəti- FireWorks HRM-in əsasını qoydu. Şirkət hal-hazırda müxtəlif biznes sektorları ilə çalışaraq İnsan Resurslarının İdarəolunması xidmətlərini təmin edir. 2017-ci ildə FireWorks HRM SHRM (Society of Human Resource Management) ilə partnyorluq qazandı və Laura H. Azərbaycanın müxtəlif iş sahələrindən olan mütəxəssislər üçün SHRM CP və SHRM SCP Sertifikasiyası üzrə aktiv hazırlıq kursları keçir.
Mayis Əliyev - Sosial hüquqların araşdırılması İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin Sosial siyasət komitəsinin eksperti, Hüquq elmləri üzrə Respublika Problem Şurasının elmi katibi, BDU-nun Hüquq fakültəsinin Tədris-Metodiki şurasının sədri Mayis müəllim, 11 kitabın , 175 elmi məqalənin və 17 tezisin müəllifidir. Əlavə olaraq qeyd edək ki, Mayis müəllim, Amerika Hüquqşünaslar Assosiasiyasının (ABACELLİ) bir çox təlimlərində iştirak edib.Hüquq elmləri doktoru, Mayis Əliyev 1994-cü ildən etibarən Bakı Dövlət Universitetinin Əmək və Ekologiya hüququ kafedrasında baş müəllim, dosent kimi çalışırdı və hal-hazırda, professor kimi fəaliyyət göstərir.
Vebinarın qiyməti
25.00 AZN