Təlimçi

Laura Həmidova, SHRM-CP

Laura Həmidova Xəzər Universitetinin Hüquq və Sosial Tədqiqatlar fakültəsinin Bakalavr və Magistr dərəcələrini bitirmiş (www.khazar.org) və Böyük Britaniyanın Wales Universitetinin İnsan Resurslarının İdarəolunması üzrə sertifikatını almışdır (www.wales.ac.uk). O, 2017-ci ildə Society for Human Resource Management tərəfindən SHRM CP sertifikatı ilə təltif olunmuşdur. Həmçinin, onun aldığı təhsilə Azərbaycan və xaricdən olan müxtəlif təlimçilər və hüquqi mütəxəssislər tərəfindən keçirilən bir sıra təlimlər və seminarlar daxildir. HR karyerasına Det.Al Alüminium və Vest Consulting şirkətində başlayan Laura H. sonradan BP-nin global partyoru olan AMEC şirkətində HR Koordinator vəzifəsində çalışmışdır. Bundan sonra o, Moore Stephens audit şirkətində Rekrutinq və Xüsusi İstedadlar Meneceri olaraq fəaliyyət göstərmişdir. 2013-cü ildə Laura H. öz şəxsi şirkəti- FireWorks HRM-in əsasını qoydu. Şirkət hal-hazırda müxtəlif biznes sektorları ilə çalışaraq İnsan Resurslarının İdarəolunması xidmətlərini təmin edir. 2017-ci ildə FireWorks HRM  SHRM (Society of Human Resource Management) ilə partnyorluq qazandı və Laura H. Azərbaycanın müxtəlif iş sahələrindən olan mütəxəssislər üçün SHRM CP və SHRM SCP  Sertifikasiyası üzrə aktiv hazırlıq kursları keçir.

* HR Biznes Partnyor üçün ən önəmli səriştələr

* Liderlik bacarıqlarının müəyyən olunması və inkişafı üsulları

* Dövrümüzün HR Binzes Partnyoru konsultant qismində

* Şirkət üçün fürsətlərin müəyyən olunmasında HR Biznes Partnyorun rolu

Vebinarın qiyməti

20.00 AZN