Təlimçi

Professor, Hüquqşünas Mayis Əliyev

Hüquq elmləri doktoru Mayis Əliyev 1994-cü ildən etibarən Bakı Dövlət Universitetinin Əmək və Ekologiya hüququ kafedrasında baş müəllim, dosent kimi çalışırdı və hal-hazırda, professor kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında İctimai Şuranın sədri, Azərbaycan Respublikası Milli Məclisinin Sosial siyasət komitəsinin eksperti, Sosial hüquqların araşdırılması İctimai Birliyinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının hüquq elmləri üzrə ekspert şurasının, Rusiya Hüquq elmləri Akademiyasının üzvi, BDU-nun Hüquq fakültəsinin Tədris-Metodiki şurasının sədri Mayis müəllim, 11 kitabın , 175 elmi məqalənin və 17 tezisin müəllifidir. Əlavə olaraq qeyd edək ki, Mayis müəllim beynəlxalq və milli təşkilatların təşkil etdiyi bir çox təlimlərində iştirak edib.

FireWorks HRM şirkəti tərəfindən Əmək qanunvericiliyi üzrə yeni webinar keçirildi. Webinarda iştirakçılar əmək qanunvericiliyi ilə bağlı aktual problemlər və onların hüquqi həlli ilə tanış oldular.

Tarix: 23 Sentyabr 2016-cı il
Webinar vaxtı: 16:00 – 18:00 (2 saat)
Webinar-ın keçirilmə dili: Azərbaycan dili
Əlaqələndirici şəxs: Tutu Məmmədova (İR və Mühasibatlıq üzrə Baş Mütəxəssis)
Əlaqə vasitəsi: (+99412) 447 74 78; (+99470) 336 88 11 (tutu.mammadova@fworks.az)

Bizə qoşulan hər kəsə təşəkkürlərimizi bildiririk!