az en
info@fworks.az
+994 12 447 74 78
+994 70 336 88 11

TƏLİMLƏR - “Əmək Haqqının hesablanması” üzrə ödənişsiz WEBINAR

Dəyərli Həmkarlar,

FireWorks HRM şirkəti olaraq, böyük məmnuniyyətlə sizə Azərbaycanda ilk dəfə,BDU-nun Hüquq fakültəsinin Tədris-Metodiki şurasının sədri, Professor Mayis Əliyev ilə ÖDƏNİŞSİZ Onlayn “Webinar”-ı təqdim edirik.

Təqdim edəcəyimiz yeni “Webinar” hal-hazırda əmək bazarında aktual olan “Əmək Haqqının hesablanması” mövzusu olmaqla, sizə bu sahəylə bağlı daha ətraflı və dolğun məlumat veriləcək.

Artıq siz bizim “Webinar”-ları nəinki veb-saytdan dinləyə biləcəksiniz, eyni zamanda da, onlayn bağlantı nəticəsində bizim Ekspert-Hüquqşünasa öz suallarınızı verməklə sizi maraqlandıran məsələlərə aydınlıq gətirəcəksiniz.

Tarix: 10 Sentyabr 2015-ci il

Saat: 17:00-18:00 (Bakı vaxtı ilə)

“Webinar”-ın keçirilmə dili: Azərbaycan Dili

Ekspertlər: Professor, Hüquqşünas Mayis Əliyev və FireWorks HRM Şirkətində İR üzrə Mütəxəssis Tutu Məmmədova

Biz inanırıq ki, FireWorks HRM Şirkəti olaraq Sizlərə təqdim etdiyimiz bu “Webinar” sizə vaxta qənaət edərək, Peşəkar Hüquqşunas Konsultasiyası əldə etmək imkanı yaradacaq.

“Webinar”-a qoşulmaq üçün bu link-ə daxil olub qeydiyyatdan keçməyiniz xahiş olunur: https://attendee.gotowebinar.com/register/5624379476933385217 . Qeydiyyatdan sonra siz, Webinar-a qoşulmaq barədə TƏSDİQ email-ı alacaqsınız.

 

Əlavə olaraq, qeyd etmək istərdik ki, “Webinar”-a qoşulmaqla bağlı hər hansısa bir probleminiz yarandığı təqdirdə, təqdim edilən linkə daxil olub əyani formada qeydiyyat prosesinin necə aparıldığını görə bilərsiniz: https://www.youtube.com/watch?v=IVM9Cr9Ji2c&feature=youtu.be