Vakansiyalar

İnsan Resursları üzrə menecer

Construction Company

İnsan Resursları üzrə menecer:

Vəzifə öhdəlikləri:

  • İnsan Resursları standartlarının, İnsan Resurslarının idarə edilməsi ilə bağlı qaydaların (prosedur, siyasət və s) tərtibi və onun icrasına nəzarət etmək;
  • İR strategiyasının hazırlanması və hayata keçirilməsində iştirak etmək;
  • İR büdcəsinin hazırlanması və icrasına nəzarət etmək;
  • İşçi ehtiyacına olan tələbin müəyyənləşdirilməsi, insan qaynaqlarının seçilməsi və yerləşdirilməsi üzrə işin təşkili;
  • İşəqəbul və oriyentasiya planının hazırlanması, işəqəbulun həyata keçirilməsi, plana uyğun olaraq yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi işinin təşkili;
  • Bonus, kompensasiya və motivasiya sisteminin qurulması və tətbiq olunması;
  • Əmək fəaliyyətin qiymətləndirilməsi sisteminin qurulması və həyata keçirilməsi;
  • Vəzifələr üzrə kateqoriyaların və səriştəlilik tələblərinin müəyyən olunması;
  • Əməkdaşların performans qiymətləndirilməsinin təşkil edilməsi və bu istiqamətdə yeni təkliflərin irəli sürülməsi;
  • Əmək fəaliyyətin qiymətləndirilməsi nəticələrinə əsasən əməkdaşların təlim ehtiyaclarının müəyyən olunması, təlim planının işlənib hazırlanması, rəhbərliyin təsdiqindən sonra planın yerinə yetirilməsinin təmin ediməsi;
  • İşçi axınının səbəblərinin araşdırılması və aradan qaldırılması üçün tədbirlər planını işləyib hazırlanması və həyata keçirilməsi;
  • Məzuniyyət qrafiklərinin, işəqəbul, xitam, məzuniyyət, ezamiyyə və s. əmrlərin və digər sənədləşmə işlərinin qanunvericiliyə uyğun tərtib edilməsinə nəzarət;
  • www.emas.sosial.gov.az  və www.isb.az əmək münasibətləri və məşğulluq altsistemi həmçinin icbari sığorta sistemi üzrə əməliyyatların Əmək məcəlləsinin tələblərinə uyğun olmaqla icrasına nəzarət edilməsi;

 

Tələblər:

  • Təhsil: Ali təhsil
  • Təcrübə: Müvafiq sahə üzrə 5 il iş stajı, tikinti sahəsi üzrə iş stajı arzuolunandır.
  • Dil biliyi: İngilis dili yaxşı səviyyədə, rus dili arzuolunandır.

 

 

Müraciət üçün email adresi: talent@azcdgroup.com

Müsahibə əsasında

How to apply

You are welcome to send your CV