Vakansiyalar

İdarə Heyəti Sədrinin Köməkçisi

Company

Vəzifə öhdəlikləri:

  • İdarə Heyəti sədrinin görüşləri ilə bağlı cədvəl hazırlamaq və İdarə Heyəti sədrini mütəmadi olaraq cədvəllə tanış eləmək; 
  • İdarə Heyəti sədrinin gündəlik, həftəlik və aylıq iş planını hazırlamaq;
  • İdarə heyətinin iclaslarını təşkil etmək;
  • Öz vəzifə öhdəliklərini yerinə yetirmək üçün digər səlahiyyətli şəxslərdən lazımi sənəd və məlumatları tələb etmək;
  • Daxil olan məktubları, emaillləri prioritetləşdirmək və onların məzmunları ilə bağlı Sədri məlumatlandırmaq;
  • Sədr tərəfindən digər strukturlara verilmiş tapşırıqların günlük izlənilməsini təmin etmək və buna dair hesabat hazırlamaq;
  • Sədr tərəfindən imzalanmalı olan sənədləri yoxlamaq və dərkənar vermək;
  • Məktublar, emaillər, məlumatlandırıcı sənədlər hazırlamaq və göndərmək;
  • Sədrin tapşırdığı layihələri icra etmək;
  • Sədrin tapşırdığı digər işləri icra etmək;
  • Azərbaycan dilində qramatik qaydalara uyğun məktub və arayışlar hazırlamaq.

 

Tələblər:

  • Ali təhsil (İqtisadiyyat və maliyyə kredit sahəsində olması arzu olunandır)
  • 3 il iş təcrübəsi (maliyyə və bank sektoru üzrə olması arzuolunandır)
  • Lazım gəldikdə gərgin rejimdə işləmək qabiliyyəti
  • Azərbaycan və Rus dili (mütləq) İngilis dili (arzu olunandır)
  • MS Office proqramları üzrə biliklər
  • Vəzifə öhdəliklərini məsuliyyətlə icra etmək

Müsahibə əsasında

How to apply

You are welcome to send your CV