Vakansiyalar

Texniki ofis mühəndisi

AZCD Group QSC

Vəzifə öhdəlikləri

 

  • Sahənin işlərin yerinə yetirilməsi üçün lazım olan bütün sənədlər və materiallarla təmin edilməsi
  • Tikinti üzrə sənədləşmənin və risk qiymətləndirilməsinin hazırlanması və ərazi üçün lazımı iş metodologiyasının hazırlanıb tətbiq edilməsi
  • Sahə üzrə çertyoj və sxemlərin hazırlanması
  • Əməyin mühafizəsi üzrə işlərin görülməsini tələb etmək
  • Gündəlik işlərin görülməsi ardıcıllığının icrası və sahə ilə əlaqələndirilməsi
  • Subpodratçılarla mütəmadi olaraq əlaqə saxlamaq və subpodratçıya aid işlərə dair iş tələbinin hazırlanmasına kömək etmək
  • Subpodratçılardan alınan təkliflərin texniki və kommersiya üzrə müqayisəsini təhlil etmək və ödəniş sənədləri də daxil olmaqla subpodrat işlərini izləmək
  • Bütün tələb olunan daimi materiallar üçün tələb sənədlərini hazırlamaq, materialların təminatı və təsdiq prosesini izləmək
  • Tikintinin icrası zamanı problemlərin həll edilməsi üçün təkliflərin verilməsi, proseslər arasında ziddiyyət yarandıqda bu barədə lazımı şəxslərə məlumat vermək
  • İş zamanı məsuliyyətli və dəqiq olmaq, mütəmadi rəhbərliyə hesabat vermək
  • Texniki ofis üzrə siyasət və prosedurlarının həyata keçirilməsində iştirak etmək
  • Layihə üzrə müqavilə sənədləri ilə tanış olmaq (vaxt cədvəli, layihə dizayn çertyojları, BOQ və s.)
  • Tikinti zamanı yarana biləcək hər hansı gözlənilməz texniki çətinliklərin və digər problemlərin həllində iştirak etmək/məlumat vermək
  • Layihənin sonunda yekun hesabatların hazırlanması və layihə məsləhətçisinə təhvil verilməsi

 

 

Tələblər

 

  • İnşaat sahəsində ali təhsil
  • Müvafiq sahə üzrə minimum 3 il iş stajı
  • Texniki ofis ilə iş təcrübəsi
  • Yüksək səviyyədə ingilis dil biliyi
  • Autocad üzrə mükəmməl bilik

 

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Texniki ofis mühəndisi” qeyd edərək öz CV-lərini  talent@azcdgroup.com elektron ünvanlarına göndərməyiniz xahiş olunur. 

 

Müsahibə əsasında

How to apply

You are welcome to send your CV