Vakansiyalar

Baş mühasib

Consulting Company

Avropa Yenidənqurma və İnkişaf Bankının “Azərbaycanda Kiçik Bizneslər üçün Məsləhət Proqramı”-nın akkreditasiyasınıalmış şirkət 30 ildir ki mühasibat xidməti, biznes plan və investisiya layihələrinin tərtibi, şirkət təsisi və qeydiyyatında, marketinq və bazar araşdırılması aparılmasında, iqtisadı-hüquqi, sahibkarlara və sahibkar qurumlarına məsləhət (konsaltinq) xidməti göstərir.

 Şirkət consulting xidməti ilə fəaliyyət göstərir Konsaltinq — öz biznesinin inkişafı ilə maraqlanan bir sıra hüquqi və fiziki şəxslərə maliyyə və mühasibatlıq sahəsi üzrə konsaltinq xidmət növüdür. 

“Baş mühasib” tələb olunur.

 

 İş barədə məlumat:

- Muhasibat şöbəsinin işini düzgün , qaydalara və qanunvericiliyə uyğun təşkil idarə etmək.

- Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
- Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılması;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
- Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak
- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
- Vergi, DSMF, Statistika idarəsinə illik, rüblük/aylıq hesabatların hazırlanması
- Rəhbərliyin verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
- Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
- Daxili təsərrüfat ehtiyatlarınının nəzarəti. Itkilərin və qeyri-istehsal xərclərinin aradan qaldırılması üçün tədbirləri həyata keçirir.
- Mühasibat uçotu sahəsində müasir texniki vasitələri və informasiya texnologiyalarını tətbiqini təmin etmək.
- Daxili nəzarət (audit)
- Vergi risklərini hesablamaq və rəhbərliyə bildirmək
- Bütün Bank əməliyyatların icra edilməsi
- Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq

 Namizədə tələblər:


- Təhsili/ixtisası: Ali təhsil (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək)

- İş təcrübəsi: Analoji sahə üzrə minimum 5 il təcrübəsinin olması (konsaltinq təcrübəsi üstünlükdür);

-Təlim və kurslar: Mühasibatlıq və maliyyə təlimlərinə qatılması əlavə üstünlükdür

-AR Vergi Məcəlləsini yüksək səviyyədə bilməli
- Dil bilikləri: Azərbaycan dili - mükəmməl, rus və ingilis dili – yaxşı

- Kompüter bilikləri: MS Office (Word, Excel) və 1C (8.2, 8.3)  proqramları sərbəst istifadə etmək.

- Fərdi keyfiyyət tələbləri:  İdarəetmə, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq qabiliyyəti; İnkişaf etmiş rəhbərlik və təşkilatçılıq qabiliyyəti; Komandada işləmə bacarığı; Analitik düşüncə qabiliyyəti. İşi planlamaq bacarığı. Gündəlik iş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı.

 

 

İş şəraiti:
-İş qrafiki:

5 günlük iş qrafiki.

  - Karyera yüksəlişi imkanı.

Ünvan: Yasamal ray., Akim Abbasov 1C, 15B

 

Müsahibə əsasında

How to apply

You are welcome to send your CV