az en
info@fworks.az
+994 12 447 74 78
+994 70 336 88 11

Məqalələr - Üstünlük verilən işəgötürən olmaq üçün nə etmək lazımdır

Üstünlük verilən işəgötürən olmaq üçün nə etmək lazımdır

“Üstünlük verilən işəgötürən” olmaq o deməkdir ki, biznesdə kamil iş mühiti yaratmısınız və Sizinlə ən yaxşılar çalışmaq istəyir. Bu müsbət məşğulluq brendi biznesə həm əməkdaş cəlb etməyə, həm də cəlb edilmiş əməkdaşları işdə saxlamağa kömək edir, çünki qlobal səviyyədə istedadlar uğrunda aparılan müharibə fonunda müstəsna istedad təklifinin belə aşağı olduğu dövrdə bu, həyati əhəmiyyət daşıyır.

Müxtəlif araşdırmalara görə, ən yaxşı istedadları işə cəlb etmək və saxlamaq bacarığı biznesə müqayisəli üstünlük verir. Bu nəticələr fikirdə tutulmaqla “üstünlük verilən işəgötürən” statusunu təkmilləşdirmək və istedad kapitalını artırmaq üçün biznes hansı addımları ata bilər? Aşağıda beş mühüm addımı ümumiləşdirək.

  • Fəaliyyətin stimullaşdırılması – Əməkdaşlar maraqlı və çətin iş sərgilmək istəyirlər. Onlar istəyir ki, gördükləri işdən zövq alsınlar, buna həvəsləndirilsinlər, motivasiya olunsunlar. Gözəl olmaq üçün iş tələbkar olmalı, əməkdaşı müəyyən qədər gərginləşdirməlidir. Biznes olaraq Siz vəzifənin dizaynına vaxt sərf etməlisiniz ki, maraqlı işlər yaradasınız. Vəzifənin “təravətli” qalması üçün rotasiya sxemini nəzərdən keçirə bilərsiniz.
  • Yaxşı mükafat verin – İnsanlar təşkilata verdikləri töhfə müqabilində mükafat istəyirlər. Onlar bazar dərəcəsinə bərabər, yaxud ondan yuxarı səviyyədə mükafatlandırılmaq istəyirlər. Əməkdaşların fəaliyyətinin qiymətləndirilməsinin bütün obyektiv amillərini özündə ehtiva edən effektiv mükafatlandırma strategiyası hazırlayın. Əmək haqqı və mükafatlar müntəzəm olaraq bazardakı orta qiymətlərlə müqayisə edilməlidir ki, Siz əmək haqqlarınızı tənzimləyə və həmişə bazar dərəcəsinə yaxın ödəniş eyditiynizə əmin ola biləsiniz.
  • Təlim və inkişaf – Əməkdaşlar onlara bacarıqlarını inkişaf etdirməyə kömək edən şirkətin bir hissəsi olmaq istəyirlər ki, gündəlik əsasda fəaliyyətlərini inkişaf etdirə və nəticədə karyera pilləsində irəliləyə bilsinlər. Biznesiniz təlim və inkişaf çərçivəsi təmin etməklə əməkdaşların artım və inkişafına önəm verdiyinizi nümayiş etdirməlidir. Bu çərçivəyə biznesdə bacarıqların illik əsasda qiymətləndirilməsi daxil edilir ki, buradan da hər bir əməkdaş üçün şəxsi inkişaf planı törəyir. Bundan sonra əməkdaşlar inkişaf planına uyğun olaraq təlim və inkişaf imkanlarını qiymətləndirməyi bacarmalıdırlar.
  • Korporativ sosial məsuliyyət (KSM) və əxlaq – Əməkdaşlar kollektivə ədalətli və hörmətli davranış sərgiləyən etibarlı, əxlaqlı, sosial baxımdan məsuliyyətli və müsbət korporativ mədəniyyətə malik bizneslərdə çalışmaq istəyirlər. Son zamanlar bank sektorunda baş verən hadisələrin fonunda korporativ əxlaq həmişəkindən daha mühüm olmuşdur. Biznesinizin KSM proqramını hazırlayın, oraya dəyərlərinizi və əxlaqi fəaliyyət görmək istədiyinizi müəyyən edən prinsiplər daxil edin.
  • İrəliləyiş imkanları – Əməkdaşların biznesi tərk etməsinin ən ümdə səbəblərindən biri karyera irəliləyişinin olmamasıdır. Onlar daha yüksək əmək haqqı, daha yüksək səviyyəli iş üçün başqa yerə gedir, çünki əvvəlki iş yerində buna nail ola bilməmişlər. Biznes olaraq formal daxili işə qəbul proqramına malik olmalısınız. Vəzifələr təkcə sevimlilərə verilməməlidir, bütün vəzifələr üçün daxili elanlar verilməlidir, bu o deməkdir ki, bütün səriştəli əməkdaşlar arzu etdikləri təqdirdə müraciət edə bilər. Karyera irəliləyişi üçün imkan və potensial hissi məhz belə yaradılır.

“Üstünlük verilən işəgötürən” strategiyasını hazırladıqdan sonra İR marketinq komandası ilə sıx əməkdaşlıq etməli və işəgötürənin brendinq və kommunikasiya strategiyasını hazırlamalıdır. Strategiya biznesinizin əla iş yeri olduğunu aləmə car çəkməlidir. Bu, “üstünlük verilən işəğötürən strategiyanızın” effektivliyini artıracaqdır.