Təlimçi/Konsultant Laura Həmidova SHRM-CPtərəfindən keçiriləcək İndividual Karyera Kouçinqi sessiyalarımıza başlayırıq. Ümumi olaraq 5 sessiyadan ibarət olan proqram bu şəxslər üçün nəzərdə tutulub :
- Karyerasında irəliləmək istəyənlər və ya
- Çalışdığı sahəni dəyişmək istəyənlər
- Şəxsi inkişafı üzrə istiqamət almaq istəyənlər

Proqrama daxildir:
1. Özünüqiymətləndirmə. Karyeramda hansı pillədəyəm?
2. Məqsədlərin müəyyən olunması
3. Davranış Səriştələrin inkişafı
4. Şəxsi Brendin yaradılması
5. Professional CV-nin yazılması və Müsahibəyə hazırlıq

Qeydiyyatdan keçmək üçün tələsin, yerlər məhduddur!
Qeydiyyat formu : shorturl.at/yDHN0

Konsultant barədə məlumat : 
Laura Həmidova Xəzər Universitetinin Hüquq və Sosial Tədqiqatlar fakültəsinin Bakalavr və Magistr dərəcələrini bitirmiş (www.khazar.org) və Böyük Britaniyanın Wales Universitetinin İnsan Resurslarının İdarəolunması üzrə sertifikatını almışdır (www.wales.ac.uk). O, 2017-ci ildə Society for Human Resource Management tərəfindən SHRM-CP sertifikatı ilə təltif olunmuşdur. Həmçinin, onun aldığı təhsilə Azərbaycan və xaricdən olan müxtəlif təlimçilər və hüquqi mütəxəssislər tərəfindən keçirilən bir sıra təlimlər və seminarlar daxildir. HR karyerasına Det.Al Alüminium və Vest Consulting şirkətində başlayan Laura H. sonradan BP-nin global partyoru olan AMEC şirkətində HR Koordinator vəzifəsində çalışmışdır. Bundan sonra o, Moore Stephens audit şirkətində Rekrutinq və Xüsusi İstedadlar Meneceri olaraq fəaliyyət göstərmişdir. 2013-cü ildə Laura H. öz şəxsi şirkəti - FireWorks HRM-in əsasını qoydu. Şirkət hal-hazırda müxtəlif biznes sektorları ilə çalışaraq İnsan Resurslarının İdarəolunması xidmətlərini təmin edir. 2017-ciildə FireWorks HRM SHRM (Society of Human Resource Management) ilə partnyorluq qazandı və Laura H. Azərbaycanın müxtəlif iş sahələrindən olan mütəxəssislər üçün SHRM-CP və SHRM-SCP Sertifikasiyası üzrə aktiv hazırlıq kursları keçir. 2019-cu ilin İyun ayından etibarən o, Bəhreyn Krallığında yerləşən “Origin Group” şirkətinin SHRM-CP və SHRM-SCP Sertifikasiyası üzrə yarımştat təlimçisidir