TƏLİMİN ADI: KADR KARGÜZARLIĞI

TƏLİMÇİ: MƏLAHƏT MƏMMƏDOVA

TƏLİMİN MÜDDƏTİ: 12 DƏRS

TƏLİMİN KEÇİRİLMƏ FORMASI: ZOOM PLATFORMASI İLƏ

TƏLİMİN PROQRAMI:

1. Kadr kargüzarlığı haqqında.

  • Ümumi anlayış: Kargüzarlığın təşkili
  • Sənədlərin tərtibinə və rəsmiləşdirilməsinə dair ümumi tələblər
  • Sənəd növləri haqqında ilkin məlumat

2. Kadr kargüzarlığında tətbiq edilən uçotun (qeydiyyatın) sənədlər üzərindən aparılması.

  • Qeydiyyat kitablarının (jurnal) nümunələri və doldurulma qaydası (Əmr, Əmək müqaviləsi,Əmək kitabçası və s.)
  • İş vaxtı və iş vaxtından artıq işin uçotu cədvəlləri
  • Məzuniyyət verilməsinin uçot cədvəli(qrafiki)

3. Müəssisənin strukturu və ştat cədvəli. Əmək və məşğulluq alt sisteminə məlumatların işlənməsi qaydası.

  • Müəssisənin strukturu və ştat cədvəli
  • ƏMAS-a məlumatların işlənilməsi və kargüzarlığın aparılması
  • Vakant iş yerlərinin “Məşğulluq” altsisteminə daxil edilməsi

4. İşə qəbul prosesinin rəsmiləşdirilmə qaydası.

  • Ərizələrin və Əmrlərin yazılması
  • Əmək kitabçası: kitabçanın işə qəbul zamanı açılması, doldurulması.
  • Şəxsi vərəqə, anket, tərcümeyi-hal və s. şəxsi işə əlavə olunmalı olan sənədlərin tərtibi qaydası

5. İşçinin başqa iş yerinə, başqa vəzifəyə keçirilməsi, müvəqqəti işə götürülmə qaydasının rəsmiləşdirilməsi və ona uyğun əmək kitabçasına qeydlər haqqında.

  • Başqa iş yerinə keçirilmə üçün razılığ ərizəsi, əmr, xidməti yazı (təqdimat)
  • Başqa vəzifəyə keçirilmə üçün ərizə,əmr, xidməti yazı (təqdimat)
  • Müvəqqəti işə götürülmə üçün ərizə,əmr, müqavilədə vacib qeydlər

6. İşdən azad olunma prosesinin rəsmiləşdirilməsi qaydası.

  • Ərizə və Əmr, Xidməti yazı, Təqdimat, Protokolların yazılması
  • Əmək kitabçası: kitabçanın doldurulması.
  • Üzülüşmə vərəqi. Sorğu anketi

7. Tənbeh və mükafatların verilməsi prosesinin rəsmiləşdirilməsi qaydası.

  • Əmək və intizam tənbehi hallarının rəsmiləşdirilməsi
  • İzahatlar
  • Mükafatların rəsmiləşdirilməsi

8. Məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi qaydası və iş vaxtı növlərinin rəsmiləşdirilməsi.

  • Məzuniyyət növləri və onlara uyğun ərizə və əmrlərin və digər sənədlərin tərtibi
  • Əmək məzuniyyətinin növbəlilik cədvəli, qrafiki
  • İş vaxtı növləri və onların sənədləşdirilməsi

9. Əmək müqaviləsindən başqa digər müqavilələr haqqında.

  • Xidmət müqavilələri və onların əmək müqavilələri ilə əvəz edilməsinin rəsmiləşdirilməsi prosesi
  • Maddi məsuliyyət müqavilələrinin, Kommersiya sirri və haqsız işgüzar davranışın qarşısının alınması üçün qarışıq müqavilələrinin tərtibi
  • Təcrübə müqavilələrinin və s. tərtibi

10. Xidməti ezamiyyətlərin rəsmiləşdirilməsi proseduru.

  • Təqdimat, xidməti yazılar və Əmrlərin tərtibi qaydası
  • Ezamiyyə vəsiqəsi(vərəqəsi) hazırlanma və doldurulma qaydası
  • Ezamiyyətə dair hesabatların yazılması  

11. Əmək haqqı barəsində məlumat. Müavinətlərin verilməsi üçün sənədləşmə proseduru.

  • Əmək haqqı, əsas anlayış, ona bərabər tutumlar haqqında
  • Müavinətin növləri və onların rəsmiləşdirilməsi qaydası

 12. İcbari tibbi sığorta və elektron sistemdə qeydiyyatın aparılması.

  • Əsas anlayış
  • ƏMAS sistemində işə qəbul, əmək müqaviləsində dəyişiklik zamanı  İcbari sığorta bürosunda (elektron sistem) rəsmiləşmə