18 Yanvar 2019-cu il tarixində FireWorks HRM şirkəti partnyor təlimçi Cəlil Əhmədov ilə birgə “Vergi məcəlləsinə edilmiş son dəyişikliklərin İR praktikasında tətbiqi” mövzusu üzrə təlim keçirmişdir. Təlimə daxil olan mövzular: muzdlu işdən əldə olunan gəlir və onun növləri, gəlir vergisi üzrə dərəcə və güzəştlər, VÖEN-li və VÖEN-siz fəaliyyətin özəllikləri, sanksiya və cərimələr və s. olmuşdur. Bundan əlavə, təlimin gedişatı ərzində dəyişikliklər üzrə iştirakçıları narahat edən problemlər və onların həlli barədə müzakirələrə də yer verilmişdir. Təlimdə iştirak edən Azercell, Autostar Kaukasus, Kapital Bank, Coca-Cola Azərbaycan, Four Seasons Hotel, NOV  şirkətlərinin nümayəndələrinə təşəkkürümüzü bildiririk.