FireWorks HRM  peşəkar inkişafınız üçün sizlərə Bite-Size formatında təlimlər paketini təqdim edir. 

Bite-Size təlimləri nədir?

Bu, Azərbaycanda hər sahədən olan insanların marağına uyğun gələ bilən yeni üslubda keçirilən təlimlərdir. 90 dəqiqə ərzində siz digər iştirakçılarla birlikdə müxtəlif qrup çalışmalarına cəlb olunacaq və həmçinin, öz peşəkar təcrübələrinizi təlimçi ilə bölüşmüş olacaqsınız. 

Təlimlər:

Ünsiyyət Bacarıqları -  13 Noyabr, 2018-ci il  

İşgüzar Danışıqlar - 20 Noyabr, 2018-ci il  

Təqdimat Bacarıqları - 27 Noyabr, 2018-ci il  

Vaxtın İdarə Olunması  - 04 Dekabr, 2018-ci il  

 

Təlimin vaxtı: 19:00 - 20:30 

Ünvan: FireWorks HRM ofisi 

Ödəniş: 40 azn  (hər təlim üzrə)

Endirimlər: 2 bite-size təlimi- 72 azn 

                  3 bite-size təlimi -102 azn 

                  4 bite-size təlimi - 128 azn

 

Təlimçi - Seymur Rəsulov, SHRM-CP

 

FireWorks HRM şirkətinin partnyor təlimçisi Seymur Rəsulov EBSCO Inc. şirkətinin Yaxın Şərq, Şimali Afrika, Mərkəzi Asiya, Türkiyə və İsrail üzrə regional satış meneceri işləmişdir. 

EBSCO illik 2.2 milyard dollarlıq dövriyyə ilə Amerikanın ən yüksək 200 özəl şirkətindən biridir. İllik büdcəsi 6.4 milyon dollar olan Seymur 26 ölkədə 400-dən çox müştəri ilə işləmək təcrübəsinə yiyələnmişdir. Magistr dərəcəsini Amerikada “University of Illinois”-də İnformasiya Texnologiyaları üzrə alan Seymur 1-i Almaniya, 1-i də Dubayda olmaqla 2 dəfə TEDx çıxışçısı olub. Şatış forumunda spiker olan Seymur əsasən satış sahəsində yeni konsepti ilə çıxış edir. Hər bir potensial müştərinin alıcıya çevrilməsi üçün lazım olan bacarıqların tətbiqi və təlimi ilə məşğul olur. Hal-hazırda o, müstəqil təlimçi/konsultant kimi fəaliyyət göstərir. 

Təlimlərdə iştirak etmək üçün Qeydiyyat formasını doldurub elnara.jafarli@fworks.az email ünvanına göndərməniz xahiş olur.

Qeydiyyat Forması