FireWorks HRM HR mütəxəssislərin peşəkar inkişafı üçün Bite-Size HR təlimlər paketini təqdim edir. 

Bite-Size təlimləri nədir?

Bu, Azərbaycanda hər sahədən olan insanların marağına uyğun gələ bilən yeni üslubda keçirilən təlimlərdir. 90 dəqiqə ərzində siz digər iştirakçılarla birlikdə müxtəlif qrup çalışmalarına cəlb olunacaq və həmçinin, öz peşəkar təcrübələrinizi təlimçi ilə bölüşmüş olacaqsınız. 

Təlimlər:

1. "Kor" Müsahibələr - 14 Noyabr, 2018-ci il  

2. Yeni nəslin  iş müsahibələri - 21 Noyabr, 2018-ci il  

3. Şirkətdə öyrənmə mədəniyyətinin formalaşdırılması yolları - 28 Noyabr, 2018-ci il  

4. Zərərli işçilərə qarşı necə davranmalı - 5 Dekabr, 2018-ci il 

 

Təlimin vaxtı: 19:00 - 20:30 

Ünvan: FireWorks HRM ofisi 

Ödəniş: 40 azn  (hər təlim üzrə)

Endirimlər: 2 bite-size təlimi- 72 azn 

                  3 bite-size təlimi -102 azn 

                  4 bite-size təlimi - 128 azn

 

Təlimçi - Laura Həmidova, SHRM-CP

 

 

 

 

Laura Həmidova Xəzər Universitetinin Hüquq və Sosial Tədqiqatlar fakültəsinin Bakalavr və Magistr dərəcələrini bitirmiş (www.khazar.org) və Böyük Britaniyanın Wales Universitetinin İnsan Resurslarının İdarəolunması üzrə sertifikatını almışdır (www.wales.ac.uk).

Laura Həmidovanın aldığı təhsilə eyni zamanda müxtəlif təlimçilər və hüquqi mütəxəssislər tərəfindən keçirilən bir sıra təlimlər və seminarlar daxildir. O, Society for Human Resource Management tərəfindən SHRM CP sertifikatı ilə təltif olunmuşdur. HR karyerasına Det.Al Alüminium və Vest Consulting şirkətində başlayan Laura xanım sonradan BP-nin global partyoru olan AMEC şirkətində HR Koordinator vəzifəsində çalışmışdır. Bundan sonra Laura xanım Moore Stephens audit şirkətində Rekrutinq və Xüsusi İstedadlar Meneceri olaraq fəaliyyət göstərmişdir. 2013-cü ilin sonunda o, öz şəxsi şirkəti - FireWorks HRM-in əsasını qoydu. Şirkət hal-hazırda müxtəlif biznes sektorları ilə çalışaraq İnsan Resurslarının İdarəolunması xidmətlərini təmin edir.

Təlimlərdə iştirak etmək üçün Qeydiyyat formasını doldurub elnara.jafarli@fworks.az email ünvanına göndərməniz xahiş olur.

Qeydiyyat Forması