26 Oktyabr 2018-ci il tarixində FireWorks HRM şirkəti partnyor təlimçi Mayıs Əliyev ilə birgə “Əmək qanunvericiliyi” mövzusu üzrə təlim keçirmişdir. Təlimin əsas mövzusu qanunvericilikdə qəbul olunan son dəyişikliklər, onların təhlili və izahı, həmçinin, yaxın müddət ərzində gözlənilən dəyişikliklər barədə ümumi məlumat olmuşdur. Bundan əlavə, təlimin gedişatı ərzində Əmək Qanunvericiliyi ilə bağlı iştirakçıları maraqlandıran aktual problemlər və onların hüquqi həlli barədə müzakirələrə geniş yer verilmişdir. Təlimdə iştirak edən Azercell, Bank Silkway, PD&MS group, Embawood, Evrodizayn QSC şirkətlərinin nümayəndələrinə dərin təşəkkürümüzü bildiririk.