12 və 13 Oktyabr 2018-ci il tarixlərində Kapital Bankın əməkdaşları üçün təlimçimiz Laura Həmidova tərəfindən  "İşçilərin Bağlılığı və Saxlanılması" mövzusu üzrə təlim keçirilmişdir. Təlimin əsas mövzuları işçilərin həvəsləndirilməsi, işçilərin məmnunluğu və həvəslənməsi arasında fərq, menecerlər və liderlər arasında fərq, fəaliyyətin idarə olunması sistemi, işçilərin saxlanılması strategiyaları və s. olmuşdur. Həmçinin, bir sıra praktiki tapşırıqlar da təlimə əlavə maraq qatmışdır.  Aktiv iştiraklarına görə Kapital Bank əməkdaşlarına öz təşəkkürümüzü bildiririk.