06 Oktyabr 2018-ci il tarixində Laura Həmidova tərəfindən keçirilən "Risk Management" adlı vorkşopumuz baş tutmuşdur.  Beynəlxalq Risk Management və HRM standartları əsasında təqdim olunan vorkşopda başlıca mövzular risklərin müəyyən olunması, HRM üzrə ISO və COSO prinsipləri, biznes bazaları və HRM risk səviyyələri, HR üçün  Risklərin İdarə Olunması planının tətbiq olunması  və s. olmuşdur. Vorkşopa, həmçinin, maraqlı praktiki tapşırıqlar da daxil idi. Aktiv iştiraklarına görə Coca-Cola Azərbaycan, Borusan Makina, Azərinteltek, VTB Bank, PD&MS Group şirkətlərinin əməkdaşlarına təşəkkürümüzü bildiririk.