FireWorks HRM-dən  “Əmək Qanunvericiliyi” mövzusunda növbəti təlim

Dəyərli həmkarlar, Əmək Məcəlləsinə son dəyişikliklərin ətraflı izahı və Əmək qanunvericiliyi üzrə bir sıra mövzuları əhatə edəcək növbəti təlimimizi diqqətinizə təqdim edirik. Təlimə qatılmaqla Əmək Məcəlləsində edilən son dəyişikliklərlə bağlı dəqiq təfsilatı öyrənəcək və sizi maraqlandıran, sizin üçün qaranlıq qalan suallara cavab taparaq müvafiq biliklərinizi daha da möhkəmləndirmiş olacaqsınız. Təlimə qeydiyyat Oktyabr ayının 8-indən etibarən açıq elan olunur. 

 

Tarix: 26 Oktyabr, 2018
   Təlimin vaxtı: 09:00 – 13:00 (yarım gün)
   Təlimin keçirilmə dili: Azərbaycan dili

 

Təlim Gündəliyi

Sual-cavab sessiyasında aşağıdakı mövzular təlimə daxil ola bilər:

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsində və müvafiq qanunvericilikdə edilən son dəyişikliklərin şərh olunması.
  • Əmək müqaviləsi üzrə məlumatların EİS qeydiyyatı ilə bağlı problemlər və e-gov.az-ın işləmə prinsipi ilə Qanunvericiliyin bəzi tələblərinin üst-üstə düşmədiyi məqamlar.
  • Əmək məcəlləsinin maddələri üzrə mövcud olan konstitusiya məhkəməsinin şərhləri.
  • Əmək məcəlləsi üzrə mövcud olan maddələrə əlavə olaraq qəbul olunan beynəlxalq konvensiyalar və digər normativ hüquqi sənədlər haqqında məlumatların əldə olunması.
  • Əmək qanunvericiliyindəki boşluqlar.

Təlimçi Haqqında

Hüquq elmləri doktoru Mayis Əliyev 1994-cü ildən etibarən Bakı Dövlət Universitetinin Əmək və Ekologiya hüququ kafedrasında  baş müəllim, dosent kimi çalışırdı və hal-hazırda, professor kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında İctimai Şuranın sədri, Azərbaycan Respublikası Milli Məclisinin Sosial siyasət komitəsinin eksperti,Sosial hüquqların araşdırılması İctimai Birliyinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının hüquq elmləri üzrə ekspert şurasının, Rusiya Hüquq elmləri Akademiyasının üzvü, BDU-nin Hüquq fakültəsinin Tədris-Metodiki şurasının sədri Mayıs müəllim,  11 kitabın , 175 elmi  məqalənin və 17 tezisin  müəllifidir. Əlavə olaraq qeyd edək ki, Mayıs müəllim beynəlxalq və milli təşkilatların təşkil etdiyi bir çox təlimlərdə iştirak edib.

Təlimdə iştirak etmək üçün xahiş edirik, Təlim Qeydiyyat Formasını doldurub elnara.jafarli@fworks.az email ünvanına göndərəsiniz. 

Təlim Qeydiyyat Forması