6 və 7 Sentyabr 2018-ci il tarixlərində Borusan Makina şirkətinin əməkdaşları üçün partnyor təlimçimiz Seymur Rəsulov tərəfindən  "Təqdimat bacarıqları" üzrə təlim keçirilmişdir. Təlim təqdimat bacarıqlarının əsasları, effektiv təqdimat bacarıqlarının 5 qızıl qaydası, müasir təqdimat vasitələrindən istifadə, natiqlik bacarıqları, bədən dili və s. mövzuları əhatə etmiş və əsasən iştirakçıların fəal iştirak etdikləri çalışmalar əsasında keçirilmişdir. Təlimdə iştirak edən Borusan Makina şirkətinin hər bir əməkdaşına öz təşəkkürümüzü bildiririk.