29 İyun - 2 İyul 2018-ci il tarixlərində TBC Kreditin müxtəlif departamentlərinin əməkdaşları üçün partnyor təlimçimiz Seymur Rəsulov tərəfindən dörd günlük "Müştəri Xidmətləri" təlimi keçirilmişdir. Müştəri xidməti nədir, müştəri məmnuniyyəti, çətin müştərilər, müştəri məmnuniyyəti və şəxsi brend/marketinq/satış, fərdi keyfiyyətlər, biznes etikası, bədən dili  və s. mövzuları əhatə edən təlimlər nəzəri və praktiki hissələrə ayrılmaqla keçirilmişdir. Bütün iştirakçılara aktiv fəaliyyətləri ilə təlimlərə daha da maraq qatdıqlarına görə təşəkkür edirik!