11 və 12 May 2018-ci il tarixlərində Kapital Bankın müxtəlif filiallarından olan əməkdaşları üçün partnyor təlimçimiz Seymur Rəsulov tərəfindən  "Təqdimat bacarıqları" üzrə təlim keçirilmişdir. Təlim təqdimat bacarıqlarının əsasları, effektiv təqdimat bacarıqlarının 5 qızıl qaydası, müasir təqdimat vasitələrindən istifadə, natiqlik bacarıqları, bədən dili və s. mövzuları əhatə etmiş və əsasən iştirakçıların fəal iştirak etdikləri çalışmalar əsasında keçirilmişdir. Təlimə aktiv iştirakları ilə daha da maraq qatan Kapital Bankın əməkdaşlarına öz təşəkkürümüzü bildiririk.