11 və 18 Noyabr 2017-ci il tarixlərində FireWorks HRM uşaqlar üçün “İctimai Danışıqlar” adlı seminar keçirmişdir. Peşəkar təlimçi Seymur Rəsulov tərəfindən təqdim olunan  seminarda uşaqlara ictimai danışıq, natiqlik, təqdimat qaydaları, bacarıqları barədə ətraflı məlumatlar verilmiş və mövzu üzrə maraqlı, əyləncəli  oyunlar keçirilmişdir. Seminarın  sonunda iştirakçılara sertifikatlar tədqim olunmuşdur.