FireWorks HRM şirkəti 05-06 Oktyabr 2017-ci il tarixlərində təlimçi Seymur Rəsulovun təqdimatında “İctimai Danışıqlar” adlı təlim təşkil etdi. Təlim zamanı iştirakçılara ictimai danışıqlar, çıxışlar, təqdimatlar zamanı riayət olunması gərəkən açar qaydalar, vərdişlər, bacarıqlar barədə məlumatlar aşılandı. İştirakçılar, həmçinin, təlim zamanı bir neçə tapşırıqlar yerinə yetirdi və ev tapşırıqlarını nümayiş etdirdi. Təlimdə iştirak edən Siemens AG, Azercell Telecom, Engin LTD, SR Group, AmCham və digər shirkətlərin nümayəndələrinə dərin təşəkkürümüzü bildiririk.