FireWorks HRM bizim gənclərin İnsan Resurslarına olan marağını yüksək qiymətləndirir. Belə ki, bu yaxınlarda, 14 Mart 2016-cı ildə  Xəzər Universitetinin məzunları şirkətimizdə qonaq olmuşdular. Ziyarətin əsas məqsədi İR şirkət haqqında və  İR peşəkarlarının gündəlik  iş prosesi və fəaliyyətləri barədə  məlumat almaq idi. Təqdimat bizim Direktor Laura Həmidova və İR baş mütəxəssisimiz Tutu Məmmədova tərəfindən oldu.Ölkəmizdə belə həvəsli və biliyə maraq göstərən gənclərin olmasına çox şadıq.