Hörmətli Həmkarlar,

28-29 Yanvar 2016, FireWorks HRM şirkəti tərəfindən hüquqşünas, professor Mayis Əliyevin rəhbərliyi altında “Əmək müqaviləsinin bağlanması və ona xitam verilməsi” adlı mövzusu ilə bağlı peşəkar formada təlim keçirildi.

Təlim mövzusu əmək münasibətlərində aktual olan iki əsas hissədən ibarət oldu: qanunvericilik əsasında əmək münasibətlərinin tənzimlənməsi və bölünməsi. Bu iki gün ərzində iştirakçılar təlimə olan marağını və aktiv formada iştirakını nümayiş etdirmişlər.

Biz təlimdə iştrak edən AMEC, GRC Assurance and Advisory Services LLC, Baku City Circuit Operating Company, BM-Naqliyyat MMC, McDonald’s Azərbaycan və Eurodizayn QSC şirkətlərin nümayəndələrinə öz təşəkkürümüzü bildiririk.