“FireWorks HRM şirkəti 22 may 2015-ci il tarixində, Laura Həmidovanın təqdimatında “Karyera İnkişafı” adlı təlim keçirmişdir. Təlimin məqsədi iştirakçılara öz karyera istiqamətində önəmli dəyişikliklər etməsinə istiqamətləndirməkdən ibarət idi.

Təlim təqdim edilən mövzuları əhatə etmişdir:

  • İxtisara salınmanı necə dəf etmək?;
  • CV yazmaq qaydası və motivasiya məktubunun hazırlanması;
  • İş müsahibələri zamanı özünə inamlı olmaq və necə düzgün təəssürat bağışlamaq; Əmək haqqı danışıqları və s.

Təlim hər zamankı kimi qrup müzakirələri və çalışmaları, interaktiv oyunlar, özünü-qiymətləndirmə alətləri ilə zəngin olmaqla bərabər, təlimdən sonra təkbətək konsultasiya xidməti də təqdim etmişdir.

“Karyera inkişafı” təliminin iştirakçıları “ASCO World”; “Shahdag Resort & Spa” kimi şirkətlərin və eləcə də, digər özəl sektorun nümayəndələri idi. Təlimlə bağlı ümumi rəy çox müsbət idi.”